İngiltərəli zərgər-dizayner Styuart Xyuz Apple sevərlərə Gold History Edition seriyasından müxtəlif qiymətli daşlarla işlənmiş, dəyəri 8 milyon dollar olan iki iPad 2 planşetini təqdim edib.
Planşetin korpusu 24 karatlıq qızılla və çəkisi 12,5 karat olan brilliantla bəzədilib. Bundan başqa planşet ABŞ və Kanada ərazisində hasil edilən, yaşı 75 milyon il olan nadir qiymətli daş ammolitlə işlənilib.
Dizayner planşetin korpusunun ön çərçivəsini, müasir Kanadanın ərazisində 65 milyon il öncə yaşamış tirannozavrın sümüyü və nadir qiymətli daş ammolitlə bəzəyib. Planşetin Home düyməsi isə çəkisi 8,5 karat olan platinin üzərində 12 xırda brilliantdan ibarətdir.
Xatırladaq ki, keçən il İngiltərənin Stuart Hughes zərgər evi dəyəri 8 milyon dollar olan 500 brilliantla işlənmiş iPhone 4 telefonunu təqdim edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri