«AzDataKom» şəbəkəsi internet xidmətlərinin tariflərini endirib

05-06-2010 / 09:31

«AzDataKom» şəbəkəsi vasitəsi ilə İnternetə yüksək sürətli çıxış üzrə xidmət tarifləri aşağı salınıb. Endirim şəbəkənin ADSL avadanlıqları və ayrılmış xətt vasitəsilə göstərdiyi İnternet xidmətləri üzrə aparılıb. «AzDataKom» şəbəkəsi vasitəsi ilə göstərilən ADSL xidmətlərinin qiyməti 1024 Kbit/s-dən 8192 Kbit/s-dək kanalların sürətindən asılı olaraq 20-140 manat təşkil edir.

Genişzolaqlı xəttin qoşulma haqqı isə 5 manat təşkil edir.Ayrılmış xətt vasitəsilə göstərilən İnternet xidmətlərinin qiymətləri 512 Kbit/s-dən 2048 Kbit/s-dək kanalların sürətindən asılı olaraq 17-140 manat arasında dəyişir.

Qeyd edək ki, «AzDataKom» istənilən dövlət və özəl sektora aid idarə, bank, müəssisə və təşkilatların, hər-hansı ticarət şəbəkəsinin, anbarların və digər biznes strukturları olan iri bir müəssisənin bir-birindən uzaqda yerləşən filiallarının və onların əməkdaşlarının qarşılıqlı əlaqəsinin müəyyən zaman ərzində bir mərkəzdən idarə olunması üçün yüksək sürətli multiservis şəbəkəsinə malikdir. «AzDataKom» VLL, VPLS, VPN, xDSL, QOS xidmətləri göstərir. Bununla yanaşı, «AzDataKom» şəbəkəsinin imkanlarına İnternetə yüksək sürətlə çıxış, İnternet protokol üzərindən səsin ötürülməsi (IP telefoniya), oyunlar və əyləncə, video konfrans rabitəsinin təşkili, distant təhsil, teletibb, axın videosu (IPTV), sorğuya uyğun video (Video on Demand), məlumatın saxlanılması, sifariş xidmətləri, interaktiv xidmətlər, Triple-Play xidmətlərinin göstərilməsi daxildir. //xeberler.az/Ellada


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.