«Azercell» növbəti rouminq sazişinə imza atdı

09-04-2009 / 17:17

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti ilə İsrailin «Pelephone» operatoru arasında beynəlxalq rouminq xidməti istifadəyə verilib.

Şirkətdən xeberler.az-a verilən məlumata əsasən, bu, «Azercell»in İsrail ilə dördüncü rouminq müqaviləsidir. «Azercell» abonentləri hazırda İsrailin «Mirs», «Partner» və «Cellcom» operatorlarının xidmətindən yararlanırlar.

Qeyd edəkn ki, indiyə kimi «Azercell Telecom» şirkəti 148 ölkənin mobil rabitə operatorları ilə 375 rouminq sazişi bağlayıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.