«Azercell» yeni rouminq müqaviləsi bağlayıb

30-06-2009 / 17:24

“Azercell Telekom” MMC ilə Böyük Britaniyanın “Orange” operatoru arasında  GPRS/MMS rouminq xidməti istifadəyə verilib.

Şirkətdən xeberler.az-a verilən məlumata əsasən bu, “Azercell”-in Böyük Britaniya ilə dördüncü rouminq müqaviləsidir. “Azercell” abonentləri hazırda Böyük Britaniyanın “Vodafone”, “O2”, “Hutchinson 3GUK Limited” operatorlarının  xidmətindən yararlanırlar.

Qeyd edək ki, indiyə kimi “Azercell Telekom” MMC 76 ölkənin mobil rabitə operatorları ilə 185 GPRS/MMS rouminq sazişi bağlayıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.