«AzSığorta» veb-saytını yenilənmiş şəkildə istifadəçilərə təqdim etdi

27-08-2009 / 14:50

Azərbaycanın «AzSığorta» sığorta şirkəti yenilənmiş internet səhifəsini istifadəçilərin və müştərilərin xidmətinə təqdim edib.

Şirkətdən  verilən məlumata görə, www.azinsurance.eu ünvanında yerləşən sayta şirkət, onun filialları və xidmətləri haqqında məlumatlarla yanaşı, hər gün yenilənən sığorta xəbərləri rubrikası, sığorta qanunvericiliyi bölməsi, sığorta bazarı haqqında və s. məlumatlar yerləşdirilib.

Qeyd edək ki, şirkət tərəfindən yaradılan internet sığortaçılıq xidmətlərini, o cümlədən on-line sığorta haqqı ödəmə sistemini ehtiva edən www.e-insurance.az səhifəsi də yeni internet-sayta daxil edilib. Sayt vasitəsi ilə istifadəçilər həmçinin «AZSIĞORTA» jurnalının elektron versiyasını oxuya, forumlarda iştirak və on-line konfransları təşkil edə bilərlər.

Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayından fəaliyyətə başlayıb. Ölkə üzrə 7 filialı və 40-dan çox nümayəndəliyi olan şirkət müştərilərə 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.