Previous Next
Bağla

«Nar Mobile» «Dostunu Gətir» aksiyasına start verdi

09-05-2009 13:03
«Nar Mobile»  «Dostunu Gətir» aksiyasına start verdi

Azərbaycanın üçüncü mobil rabitə operatoru «Azerfon» şirkəti «Dostunu Gətir» adlı yeni aksiya çərçivəsində «Nar Mobile» abunəçilərinə hər ay saatlarla pulsuz danışmaq imkanı təqdim edib.

Şirkətdən xeberler.az-a verilən məlumata görə, mayın 8-dən etibarən başlanan yeni aksiyanın iştirakçısı olub hər ay şəbəkə daxilində pulsuz 60 dəqiqə əldə etmək üçün bu günədək «Nar Mobile» şəbəkəsinin abunəçisi olan şəxslər öz dost və yaxınlarına bu şəbəkəyə qoşulmağı tövsiyə etməlidir.

Şəbəkəyə yeni qoşulan abunəçilərə isə «Nar Mobile» şəbəkəsini onlara tövsiyə etmiş abunəçinin «Nar nömrəsini» SMS vasitəsilə 737 nömrəsinə göndərmək lazımdır.

SMS göndərildikdən sonra həm yeni, həm tövsiyə edən abunəçi şəbəkədaxili 60 pulsuz dəqiqə əldə edir. «Dostunu Gətir» aksiyası çərçivəsində 2009-cu ilin sonunadək aksiya iştirakçılarının balansına hər ay şəbəkədaxili pulsuz 60 dəqiqə əlavə olunacaq. Tövsiyə edən abunəçinin «Nar nömrəsi»ni SMS-lə göndərən yeni «Nar Mobile» abunəçilərinin sayı artdıqca, onun aldığı bonusların da miqdarı artır.

Bu ilin sonunadək 60 dəqiqəlik bonus paketlərinin hər ay hər iki abunəçinin hesabına əlavə olunması yalnız yeni abunəçinin öz balansını ayda bir dəfə istənilən nominalda ödəniş kartı ilə artırdığı halda həyata keçirilir.

«Dostunu Gətir» aksiyasına iyunun 30-dək qoşulmaq mümkündür. Aksiya haqqında ətraflı məlumat almaq üçün www.NarMobile.az saytına müraciət etmək və 777/(99412) 444 0 777 Müştəri Xidmətlərinə zəng etmək kifayətdir.

Qeyd edək ki, «Azerfon» şirkəti kommersiya fəaliyyətinə 2007-ci ilin mart ayında başlayıb. «Nar Mobile» şəbəkəsi Azərbaycan ərazisinin 80%-ni əhatə edir. Hazırda şirkətin şəbəkəsindən 1,2 mln-dan çox abunəçi istifadə edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

«Nar Mobile» yeni hədiyyə kampaniyası

02-04-2009

Nar Mobile Xoş Bazar Günləri kampaniyasına start verdi!

07-12-2009

«Nar Mobile» yeni kampaniyaya start verib

01-06-2009

Nar Mobile-dan «Sərfəli Bahar» endirim kampaniyası

07-03-2009

“Xoş Saatlar” aksiyasının istifadə müddəti uzadıldı!

01-10-2009

Nar Mobile yeni Tarif Planı təqdim etdi!

05-02-2009

Nar-da 5 ay pulsuz danışıq imkanı

22-09-2017

Nar Mobile-dan yeni kampaniya

24-06-2010

Nar Mobile yeni abunəçilər üçün 50% qədər güzəşt imkanı yaradır

10-12-2009

«Nar Mobile» növbəti kampaniyaya start verdi

08-07-2009

Nar Mobile “Xoş Saatlar” möhtəşəm aksiyasına start verdi!

25-08-2009

“Nar Mobile” nömrəsi alan hər bir yeni abunəçi mobil telefon əldə etmək üçün real imkan qazanacaq.

24-11-2010

Mingəçevirdə yeni «Nar Mobile» Mərkəzi açılıb

20-05-2009

Nar Mobile növbəti beynəlxalq rouminq müqavilələrini imzalayıb

09-09-2009

Əhmədlidə yeni «Nar Mobile» mərkəzi açılıb

08-05-2009

«Nar Mobile»ın yeni regional mərkəzi açılıb

01-07-2009

«Azerfon» şirkəti yeni «Nar Mobile» Mərkəzi açıb

21-04-2009

Nar Mobile «Nar Prestij» nömrələrin satışını həyata keçirir

17-09-2009

«Azerfon» şirkəti yeni rouminq sazişləri imzalayıb

16-04-2009

"Nar Mobile-dan Hədiyyə Yağışı!" kampaniyasının ilk qalibləri

22-12-2010

«Azerfon» yeni rouminq sazişləri imzalayıb

15-05-2009

«Nar Mobile» növbəti beynəlxalq GPRS rouminq müqavilələrini imzalayıb

13-08-2009

Nar Mobile-dan yeni 5 Sevimli Nömrə xidməti

16-10-2009

Nar Mobile sosial yönümlü fəaliyyətini genişləndirir

27-10-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə