«Royal Bank» ilin sonuna kimi «SMS banking» üzrə xidmətlərə başlayacaq

03-12-2009 / 18:42

«Royal Bank» Açıq Səhmdar Cəmiyyəti (ASC) 2009-cu ilin sonuna kimi «SMS banking» xidmətini istifadəyə verəcək.

Bankın Plastik kartlar Departamentinin direktoru Fərid Həsənovun APA-ya verdiyi məlumata görə, hazırda bankın bu sistem üzrə işçi qrupu tərəfindən müştərilərin baza məlumatları toplanılır: «Proses bu templə davam edərsə, artıq ilin sonunadək bankın bütün müştəriləri bu xidmətdən istifadə edə biləcək».

F.Həsənovun sözlərinə görə, bu sistem vasitəsi ilə müştərilərin mobil telefonlarına onların hesabları, əmanətləri, həmçinin kredit və digər bank xidmətləri barədə mesajlar göndəriləcək. Qeyd edək ki, hazırda Azərbaycanda 15-ə yaxın bank analoji xidməti tətbiq edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə