Yaxın illərdə Amerikanın texnologiya nəhəngi “Amazon” Avropadakı paylama mərkəzlərinin genişləndirilməsinə və modernləşdirilməsinə 10 milyard avro sərmayə qoyacaq.
Xeberler.az məlumat verir ki, bu investisiyanın Avropa işçi qüvvəsini 25 min nəfər artıracağı gözlənilir. Şirkətdə hazırda 230 min nəfər işləyir.
Şirkət, həmçinin əməliyyat proseslərini təkmilləşdirməyə və robot imkanlarını genişləndirməyə çalışır. Məsələn, sonuncu işçilərə daha az ağır iş görməyə və keyfiyyətə nəzarət kimi tapşırıqlara daha çox diqqət yetirməyə imkan verəcək, - deyə “Nu.nl” yazır.
İnvestisiyalar, həmçinin “Amazon”un çatdırılma xidmətini daha da inkişaf etdirməyə yönəlib. Şirkət bu il daha çox çatdırılma məntəqəsi açmağı planlaşdırır ki, müştərilər onlayn sifariş verdikdən sonra həmin gün mallarını evdə ala bilsinlər. Bu məqsədlə “Amazon” yaşayış məntəqələrinin yaxınlığında və şəhər mərkəzlərində tikiləcək mikropaylama mərkəzlərindən də istifadə edir.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları