Previous Next
Bağla

“APRSAF Kosmos, Aviasiya və STEAM Seminarı” layihəsinə başlanılıb

11-06-2025 15:32
“APRSAF Kosmos, Aviasiya və STEAM Seminarı” layihəsinə başlanılıb

“Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyada “APRSAF Kosmos, Aviasiya və STEAM Seminarı” layihəsinin açılış mərasimi keçirilib.

Xeberler.az məlumat verir ki, layihə KOSMİK Akademiya, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və “STEAM Azərbaycan”ın dəstəyi ilə keçirilir.

Açılış mərasimində “Azərkosmos”un İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Dunay Bədirxanov, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) Kosmik Təhsil Mərkəzinin direktoru Fumiaki Tanigaki, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev iştirak ediblər.

Layihə Asiya-Sakit Okean regionunun, həmçinin APRSAF-a üzv ölkələrin STEAM müəllimlərinin peşəkar inkişafını dəstəkləməyi hədəfləyir. Layihə çərçivəsində minlərlə müəllimə kosmos, aviasiya, aeronavtika, elm, texnologiyalar, incəsənət, riyaziyyat və digər sahələrdə tədris metodologiyaları öyrədilir.

Layihənin ilk mərhələsi 2023-cü ildə Bakıda keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində baş tutub. İkinci mərhələ isə cari il iyunun 10–13-də KOSMİK Akademiyada təşkil olunan seminarlar formatında həyata keçirilir. Bu mərhələdə JAXA ekspertlərinin, ölkəmizin ümumi təhsil müəssisələrini təmsil edən və STEAM fənlərini tədris edən 50 müəllimin iştirakı nəzərdə tutulur.

Tədris proqramı “İdarə edilə bilən kəşf” (Guided Discovery Learning), “Layihə əsaslı tədris” (Project Based Learning) və “Hesablama təfəkkürü” (Computational Thinking) kimi qabaqcıl tədris metodologiyaları əsasında hazırlanıb.

Təşkil olunan seminarların əsas məqsədi kosmik sahə üzrə təhsilin inkişafına və STEAM tədrisinin gücləndirilməsinə mühüm töhfə verməkdir. Eyni zamanda, bu seminarlar STEAM müəllimlərinə innovativ yanaşmalar və müasir tədris strategiyaları təqdim etməklə, onların peşəkar inkişafına dəstək göstərir. Seminarların məqsədlərindən biri də elm və texnologiyalar sahəsində inkişafı, tərəqqini və insan kapitalının davamlı inkişafını təşviq etməkdir.

İlk dəfə 1993-cü ildə Tokio şəhərində keçirilmiş Asiya-Sakit Okean Regionu Kosmik Agentliklərinin Forumu (APRSAF) dünyada kosmik sahə üzrə ən nüfuzlu tədbirlərdən hesab olunur. Forum 52 ölkədən 844 təşkilatı və 32 beynəlxalq qurumu bir araya gətirərək ev sahibliyi edən yerli tərəfdaşın birgə təşkilatçılığı ilə fərqli ölkələrdə keçirilir.

Forumda dünyanın ən qabaqcıl kosmik agentlikləri və elmi təşkilatları təmsil olunur və iştirakçılar arasında NASA, JAXA, ESA, CNSA kimi qurumlar yer alır. Beş işçi qrupdan ibarət olan bu forum peyk tətbiqləri, kosmik tədqiqatların təkmilləşdirilməsi, kosmik təhsil, kosmik cəbhə, kosmik diplomatiya və hüquq, eləcə də kosmik sənaye kimi istiqamətlərdə fəaliyyət göstərir. Forum, həmçinin iştirakçı tərəflərin qarşılıqlı əməkdaşlıqdan faydalanması üçün fəlakətlərin idarə edilməsi və ətraf mühitin mühafizəsi kimi ümumi məsələlərin həlli kimi beynəlxalq layihələrin yaradılmasını dəstəkləyir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan “CanSat” müsabiqəsində birinci yerə layiq görülüb

14-07-2025

Kosmik Akademiya Kosmik Agentliklərinin Forumunda iştirak edib

21-11-2025

BDU-nun kafedra müdiri APRSAF-30 Kosmik Fəzanın Müşahidəsi tədbirində məruzə edib

22-09-2024

Beynəlxalq Kosmik Poster Müsabiqəsinin qalibləri mükafatlandırılıb

17-12-2024

Azərbaycan Beynəlxalq Kosmik Poster Müsabiqəsində qalib olub

29-11-2024

Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

20-09-2022

Azərbaycanda ilk dəfə Beynəlxalq Kosmik Olimpiada keçiriləcək

14-10-2024

Azərbaycan ICESCO-nun Qlobal Kosmos Elmi Forumunda iştirak edib

01-11-2021

Azərbaycanda Ümumdünya Kosmos Həftəsi keçiriləcək

19-09-2025

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi başlayır

02-10-2023

Bakıda kosmik sahəyə aid elm müsabiqəsi keçiriləcək

05-12-2022

“Azərkosmos” İtaliya Aeronavtika və Astronavtika Assosiasiyasının 27-ci Beynəlxalq Konqresində təmsil olunub

06-09-2023

Azərbaycan 76-cı Beynəlxalq Astronavtika Konqresində təmsil olunacaq

15-01-2025

Azərbaycan Özbəkistanda kosmik sənayenin inkişaf planlarını təqdim edəcək

14-02-2026

Mobil əsaslı kosmik innovasiya və sistem avtobusu layihəsi həyata keçiriləcək

11-04-2025

Azərkosmos və Braziliyanın Kosmik Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

22-11-2023

STEAM layihəsi paytaxt məktəblərində

27-01-2020

Növbəti Beynəlxalq Astronavtika Konqresi Türkiyədə keçiriləcək

06-10-2023

Azərbaycan 73-cü Beynəlxalq Astronavtika Konqresində təmsil olunur

19-09-2022

Məktəblərdə STEAM layihəsinin tətbiqinə başlanıb

21-10-2019

KOSMİK Akademiya beynəlxalq “3G+” müxtəliflik mükafatına layiq görülüb

25-05-2026

JAXA: "Azərbaycanın “Artemis” Ay proqramına qoşulmasını istəyərdik"

03-10-2023

Bakıda türk dövlətlərinin kosmik agentlikləri və qurumlarının toplantısı keçirilib

20-12-2021

Azərbaycan Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək

28-09-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə