Previous Next
Bağla

Azərbaycanda ilk dəfə Beynəlxalq Kosmik Olimpiada keçiriləcək

14-10-2024 22:07
Azərbaycanda ilk dəfə Beynəlxalq Kosmik Olimpiada keçiriləcək

Azərbaycanda ilk dəfə 7-9-cu siniflərdən seçilmiş 600 məktəblini bir araya gətirən Beynəlxalq Kosmik Olimpiadanın milli mərhələsi keçiriləcək.

Xeberler.az məlumat verir ki, Azərkosmosun KOSMİK Akademiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil İnstitutunun və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, STEAM Azərbaycanın dəstəyi ilə baş tutacaq.

İnteraktiv metoda əsaslanan olimpiada mərhələlərini keçən məktəblilər 7 ay müddətində kosmosla əlaqədar olan kəşflər və texnologiyalar istiqamətində “yaşıl dünyada kosmik həllər”, “5-ci nəsil texnologiya inqilabı və kosmos”, “Süni intellekt”, “kosmik innovasiyalar”, “kosmos və cəmiyyət” mövzuları istiqamətində planetimiz üçün problemlərin orijinal həllərini tapmaqla əvəzolunmaz təcrübə qazanacaqlar. İnteraktiv metod imkan verəcək ki məktəblilər bilikləri hazır şəkildə deyil, bu bilikləri daha çox özləri birlikdə axtarıb taparaq ortaya həll qoysunlar.

2024-2025-ci illəri əhatə edən bu olimpiada müddətində məktəbliləri milli komandalardan ibarət onlara bələdçilik edəcək fasilitator müəllimlər olacaq. Həmin müəllimlər üçün Beynəlxalq Kosmik Olimpiadasının təşkilat komitəsinin üzvləri tərəfindən iki günlük “Təlimçilərin Təlimi” proqramı həyata keçirilmişdir. Təlimlər olimpiadanın müxtəlif mərhələləri və prosesləri haqqında müəllimlərə məlumat vermək, onların gözləntiləri və təlimatları aydın şəkildə başa düşməsini təmin etmək məqsədini daşıyır. İki gün müddətində həyata keçirilmiş təlimlərdə ümumtəhsil müəssisələrinin STEAM əsaslı tədrisi aparan 70 müəllimi iştirak edərək sertifikatlarla təltif olundular. Təlimlər zamanı müəllimlərə kosmos təhsilinin yenilikləri, imkanları və təhsil innovasiyaları ilə əlaqədar nümunələr əsasında praktiki sessiyalar təqdim edildi. Təlim proqramında iştirakçılara layihə idarə olunması istiqaməti üzrə metodlar və bir çox rəqəmsal alətlər yer alımışdır.

Beynəlxalq Kosmik Olimpiada proqramında fasilitator müəllimlərin rolu məktəblilərin özünü idarə edən öyrənmə prosesini asanlaşdırmaq və istiqamətləndirmək, o cümlədən məktəblilərə özünü tənzimləmə bacarıqlarını, effektiv komanda işi və birgə problemlərin həlli strategiyalarını inkişaf etdirməyə kömək etməkdir. Fasilitator müəllimlər məktəbli komandalarına dəstək göstərir, rəy və bələdçilik edir, maraq, tənqidi düşünmə və gələcək uğur üçün vacib olan STEAM bacarıqlarının inkişafını təşviq edən mühiti inkişaf etdirir.

ilk dəfə 2000-ci ildə həyata keçirilmiş Beynəlxalq Kosmik Olimpiada dünyada kosmik sahə üzrə ən nüfuzlu məktəbli tədbirlərdən hesab olunur və 3 əsas pedaqoji yanaşma (idarəedilən kəşf və öyrənmə, problem əsaslı tədris, hesablama təfəkkürü) vasitəsilə məktəblilərin bacarıqlarını inkişaf etdirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan məktəbliləri Beynəlxalq Kosmik Olimpiadada II yerə layiq görülüblər

30-05-2025

Beynəlxalq Kosmik Olimpiadanın milli finalı keçirilib

02-05-2025

“APRSAF Kosmos, Aviasiya və STEAM Seminarı” layihəsinə başlanılıb

11-06-2025

Azərbaycan “CanSat” müsabiqəsində birinci yerə layiq görülüb

14-07-2025

Azərbaycan 76-cı Beynəlxalq Astronavtika Konqresində təmsil olunacaq

15-01-2025

Beynəlxalq Kosmik Poster Müsabiqəsinin qalibləri mükafatlandırılıb

17-12-2024

Azərbaycan Beynəlxalq Kosmik Poster Müsabiqəsində qalib olub

29-11-2024

Kosmik Akademiya Kosmik Agentliklərinin Forumunda iştirak edib

21-11-2025

Azərbaycanda Ümumdünya Kosmos Həftəsi keçiriləcək

19-09-2025

Azərbaycanda ilk dəfə “Kosmik tibbin əsasları” təlimi keçiriləcək

06-11-2024

Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

20-09-2022

“Kosmik otel” fəaliyyətə başlayacaq

21-10-2010

Azərkosmos Mozambikə kosmik bilik ixrac edib

11-09-2024

Azərkosmosun əməkdaşı Beynəlxalq Kosmos Hüququ İnstitutuna üzv seçilib

12-10-2022

Azərbaycanda kosmik fəaliyyətin prinsipləri müəyyən olunur

11-05-2023

Azərkosmos və Braziliyanın Kosmik Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

22-11-2023

Azərbaycanda kosmik fəaliyyətin subyektləri müəyyən olunur

11-05-2023

Agentlik: STEAM layihəsi 250 min şagirdi əhatə edir

17-12-2024

Azərbaycanda ilk dəfə Kosmik Nəsil Məşvərət Şurasının tədbiri keçiriləcək

30-03-2023

“Qadınlar üçün kosmos” mentorluq proqramına qeydiyyat başlanıb

12-02-2025

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi başlayır

02-10-2023

Şəhid və qazi ailələrinin övladları Türkiyənin Gökmən Kosmik və Aviasiya Təhsil Mərkəzidə olublar

29-08-2024

Azərbaycan məktəbliləri Türkiyənin kosmik və texnologiya mərkəzlərində təcrübə keçirlər

13-05-2026

Məktəblilər arasında İnformatika üzrə olimpiada keçirilib

28-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə