Previous Next
Bağla

“Asan İmza” yeni elektron xidmət istifadəyə verib

16-11-2020 17:20
“Asan İmza” yeni elektron xidmət istifadəyə verib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yeni elektron xidmət istifadəyə verib. Bu, qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi və Şəxsi tipli “Asan İmza” sertifikatı əsasında İş (Biznes) və Dövlət və bələdiyyə tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması xidmətidir.

Xeberler.az bildirir ki, vergi xidmətlərinin böyük əksəriyətinin elektronlaşdırılmasına baxmayaraq, sahibkarların geniş istifadə etdiyi “Asan İmza”ların əldə edilməsi və yenilənməsi prosesi məsafədən xidmətlər sisteminə daxil edilməmişdi. “Asan İmza” sertifikatının vaxtı başa çatmaqda olan sahibkarlar vergi xidmətləri və ya “Asan xidmət” mərkəzlərinə gəlməli, növbələrdə gözləməli və bir çox prosedurları yazılı şəkildə həyata keçirməli olurdular.

Bu məsələ koronavirus pandemiyası ilə mübarizənin gücləndiyi və insanlar arasında təmasların minimallaşdırılmağa göstərilən səylər çərçivəsində son bir neçə ayda daha kəskin şəkildə ortaya çıxmışdı.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2019-cu il tarixli Qərarı ilə
“Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişiklilər edilərək Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət etmiş şəxslə Mərkəz arasında bağlanılan müqavilənin yazılı formada tərtib
edilməsi və sertifikatların kağız daşıyıcıda çap edilərək təqdim edilməsi ilə bağlı tələblər aradan qaldırılmış, imza sahibi tərəfindən sertifikatın qüvvədə olma müddəti ərzində yeni sertifikatın alınması üçün Mərkəzə elektron qaydada müraciət etmək imkanının edilməsi üçün hüquqi əsas yaradılmışdı.

Vergi orqanları və vergi ödəyiciləri tərəfindən sərf olunan vaxt, insan və maliyyə resurslarının dəfələrlə azaldılmasına nail olmaq, ASXM-lərinin fəaliyyətinin yeni qaydaların tələblərinə uyğun təşkil etmək və ölkədə COVİD-19 təhlükəsinin qarşısını almaq məqsədi ilə İnternet Vergi İdarəsində proqram təminatında dəyişikliklərin edilməsi, bununla da qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi və Şəxsi tipli “Asan İmza” sertifikatı əsasında İş (Biznes) və Dövlət və bələdiyyə tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması istiqamətində işlərə başlanmışdı.

Aparılan işlər qüvvədə olan “Şəxsi” yaxud “İş” (Biznes) və ya “Dövlət və bələdiyyə” tipli “Asan İmza” sertifikatlarının qüvvədə olma müddəti bitməmiş onların müddətinin uzadılmasını onlayn formada həyata keçirmək, həmçinin “Şəxsi” tipli “Asan İmza” sertifikatı əsasında “İş” (Biznes) və “Dövlət və bələdiyyə” tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması üçün müvafiq imkanının yaradılması ilə bağlı idi.

2020-ci ilin oktyabr ayında bu işlər başa çatdırılıb, “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi Təlimatı”na əlavə və dəyişikliklər edilib, o
cümlədən mobil operatordan əldə edilmiş “Asan İmza” mobil xidmətinə qoşulma formasının ASXM-ə təqdim edilməsi tələbi aradan qaldırılıb.

Artıq sözügedən elektron xidmət istifadəyə verilib. İstifadəçilər sertifikatın qüvvədə olma müddəti ərzində yeni serifikatın alınması və “Şəxsi” tipli “Asan İmza” sertifikatı əsasında “İş” (Biznes) və “Dövlət və bələdiyyə” tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması üçün ASXM-ə elektron qaydada müraciət edə bilərlər. Vergi ödəyiciləri qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi prosedurları ilə Dövlət Vergi Xidmətinin rəsmi saytında tanış ola bilərlər. “Qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi üzrə İstifadəçi Təlimatı” və “Şəxsi tipli “Asan İmza” sertifikatı əsasında İş (Biznes) və Dövlət və bələdiyyə tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması üzrə İstifadəçi təlimatı” rəsmi internet səhifəyə yerləşdirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Asan İmza” sertifikatlarını onlayn yeniləmək mümkündür

18-12-2020

Azərbaycanda yanvarda 31 min yeni "ASAN İmza" sertifikatı verilib

16-02-2023

“ASAN İmza”sı olan vergi ödəyicilərinin nəzərinə

28-10-2016

Azərbaycanda 5 ayda 150 mindən çox "ASAN İmza" sertifikatı verilib

12-06-2023

Azərbaycanda I rübdə 87 mindən çox “ASAN İmza” sertifikatı verilib

11-04-2023

Azərbaycanda 7 ayda 221 mindən çox "ASAN İmza" sertifikatı verilib

09-08-2023

Azərbaycanda bu il 256 mindən çox "ASAN İmza" sertifikatı verilib

13-09-2023

“ASAN imza” sertifikatlarının sayı açıqlanıb

12-11-2016

Bakcell abunəçiləri üçün “Asan İmza”nı SMS vasitəsilə yeniləmək imkanı

02-12-2021

"Asan İmza"nın müddətini SMS-lə uzatmaq mümkün olacaq

11-10-2021

Azərbaycanda yeni verilən "ASAN İmza" sertifikatlarının sayı azalıb

17-02-2025

“Nar” abunəçiləri “Asan İmza” xidmətinin etibarlılıq müddətini SMS vasitəsilə uzada bilərlər

09-07-2021

ASAN imza sertifikatları elektron formada veriləcək

10-10-2019

Şəxsi elektron kabinetlərdən istifadə yalnız gücləndirilmiş elektron imza vasitəsilə olacaq

25-05-2023

Bakcell abunəçiləri “Vətəndaş” tipli “Asan İmza” xidmətindən pulsuz istifadə edəcək

02-07-2021

Yanvarda 49 minə yaxın "ASAN İmza" sertifikatı verilib

17-02-2026

Ötən il 500 mindən çox "ASAN İmza" sertifikatı verilib

14-01-2026

Bu il 560 mindən çox ASAN İmza sertifikatı verilib

12-12-2024

7 ayda 282 minə yaxın "ASAN İmza" sertifikatı verilib

11-08-2025

11 ayda 471 minə yaxın "ASAN İmza" sertifikatı verilib

08-12-2025

2 ayda 85 mindən çox "ASAN İmza" sertifikatı verilib

16-03-2026

4 ayda 160 mindən çox "ASAN İmza" sertifikatı verilib

13-05-2026

I rübdə 113 mindən çox "ASAN İmza" sertifikatı verilib

14-04-2026

5 ayda 198 minə yaxın "ASAN İmza" sertifikatı verilib

18-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə