Previous Next
Bağla

“ASAN müraciət”in 2024-cü il üzrə hesabatı təqdim olunub

11-03-2025 12:41
“ASAN müraciət”in 2024-cü il üzrə hesabatı təqdim olunub

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN müraciət” informasiya sisteminin fəaliyyəti ilə bağlı tədbir təşkil olunub. Tədbir müvafiq sistem çərçivəsində 2024-cü il ərzində həyata keçirilmiş fəaliyyətin yekunlarına həsr edilib.

Xeberler.az məlumat verir k, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmış “ASAN xidmət”in fəaliyyətində vətəndaş məmnunluğunun hər zaman prioritet olduğunu, bu məqsədlə müasir texnologiyalardan və həllərdən istifadə edildiyini vurğulayıb. O, “ASAN müraciət” platformasının məhz vətəndaşlarla dövlət qurumları arasında əlaqələrin inkişafındakı xüsusi əhəmiyyətini, müraciətlərin və ehtiyacların operativ və innovativ üsullarla həll edildiyini diqqətə çatdırıb.

Sonra müraciətlərə baxılmasında fərqlənən müxtəlif qurumlara, fəallığı ilə seçilən vətəndaşlara və xüsusi dəstək göstərən ASAN könüllülərinə təşəkkürnamələr təqdim olunub.

Qeyd edək ki, "ASAN müraciət” informasiya sistemi Prezident İlham Əliyevin 2020-ci il 21 avqust tarixli Sərəncamı əsasında ictimai iştirakçılığın təmin olunması və elektron xidmətlərdən istifadə edərək, vətəndaş müraciətlərinin operativ qaydada dövlət qurumlarına yönləndirilməsi məqsədilə yaradılıb.

Sistem və onun mobil tətbiqinin əsas funksionallığı ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması ilə bağlı müraciətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin müraciətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin etməkdir.

Hazırda “ASAN müraciət” informasiya sistemi 97 qurumun iştirakı ilə ölkə ərazisi üzrə (Naxçıvan Muxtar Respublikasının ərazisi istisna olmaqla) müraciətlərin qəbulunu və aidiyyəti üzrə göndərilməsini təmin edir. Bu günə kimi 25 minə yaxın istifadəçi “ASAN müraciət” mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçib.

Mobil tətbiqi “iOS” və “Android” əməliyyat sistemlərindən yükləmək mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

23-02-2026

Ülvi Mehdiyev: "ASAN müraciət" ötən il daha çox vətəndaşın diqqətini cəlb edib

11-03-2025

"ASAN xidmət" modelinin tətbiqi üçün 30 ölkə ilə əməkdaşlıq edilir

02-12-2025

“ASAN müraciət” informasiya sisteminə 100-cü qurum inteqrasiya olunub

20-04-2026

Ülvi Mehdiyev: 5 ölkə ASAN Xidmət modelinin tətbiqi üçün müraciət edib

10-02-2022

“ASAN Kommunal” necə fəaliyyət göstərəcək?

05-05-2016

“ASAN müraciət” informasiya sisteminin operatoru dəyişib

03-06-2023

Əcnəbilərin e-viza müraciətinə 3 saat ərzində baxılacaq

22-06-2017

ASAN xidmət-də 35 milyonuncu müraciət qeydə alınıb

19-12-2019

ASAN xidmət və ASAN Kommunal mərkəzləri işə daha erkən başlayacaq

14-08-2018

ASAN xidmət mərkəzlərinə daxil olan müraciətlərin sayı açıqlanıb

05-01-2017

“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

03-06-2025

Sədr: "ASAN xidmət"in fəaliyyətində süni intellektin tətbiqinin uğurlu nəticələri görünür

02-12-2025

"ASAN xidmət" mərkəzlərində qeyri-iş günü olacaq

07-03-2026

Somalinin Prezidenti "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

12-02-2025

“ASAN xidmət” və “ASAN kommunal”ın bayram günlərində iş qrafiki açıqlanıb

28-12-2024

ASAN xidmət və ASAN Kommunal sabah işləməyəcək

08-05-2017

Dövlət Agentliyində ilin ilk 9 ayının nəticələri müzakirə olunub

12-11-2019

“ASAN xidmət”in Çağrı Mərkəzində 10 milyonuncu müraciət qeydə alınıb

01-07-2025

ƏƏSMN və ASAN xidmət Memorandum imzalayıb

28-08-2018

İki yeni ASAN xidmət mərkəzinin tikintisinə 6 milyon manat ayrılıb

06-04-2019

ASAN xidmət-də Apelyasiya Şurası yaradılıb

25-02-2016

ASAN xidmət mərkəzləri sabah işləməyəcək

08-11-2016

"ASAN xidmət" mərkəzləri noyabrın 8 və 9-da işləməyəcək

07-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə