Previous Next
Bağla

“ASAN xidmət indeksi” nə vaxt istifadəyə veriləcək?-Fotolar

04-10-2016 11:00
 “ASAN xidmət indeksi” nə vaxt istifadəyə veriləcək?-Fotolar

Məlumat verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və ADA Universiteti tərəfindən hazırlanan “ASAN xidmət indeksi” üzrə dövlət xidmətlərinin qiymətləndirilmə mexanizmi  təqdim olunub.  

Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, ASAN xidmət-lə ADA Universiteti arasında yaxşı münasibətlər formalaşıb.

O vurğulayıb:“Belə bir layihənin universitetimizdə təqdim edilməsi təsadüfi deyil. Gələcəkdə bu mexanizmin uğur qazanmasında ADA Universitetinin də rolu qeyd olunacaq”.

Bildirilib ki, “Elektron hökumət” sahəsində ölkəmizdə görülən işlər sürətlə genişlənir və ASAN xidmət mərkəzləri bu istiqamətdə öz töhfəsini verməkdədir. ASAN xidmət indeksi üzrə qiymətləndirmə mexanizminin formalaşdırılması böyük nailiyyətdir və təqdirəlayiq haldır.

Dövlət Agentliyinin sədri İnam Kərimov "ASAN xidmət indeksi” üzrə dövlət xidmətlərinin qiymətləndirilmə mexanizminin noyabr ayından etibarən fəaliyyətə başlayacağını, qiymətləndirmənin nəticələrinin isə 2017-ci ilin ortalarında cəmiyyətə açıqlanacağını deyib.

İ.Kərimov qeyd edib ki, bu mexanizm Dövlət Agentliyi və ADA Universitetinin ortaq layihəsidir: "Mexanizmin yaradılmasında məqsəd dövlət xidmətlərində keyfiyyətin və operativliyin artırılmasıdır. “ASAN xidmət indeksi” üzrə dövlət xidmətlərinin qiymətləndirilmə mexanizmi ancaq praktiki deyil, həmçinin elmi əsaslar nəzərə alınaraq hazırlanıb".

“Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli, 262 nömrəli Fərmanına əsasən dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılması məqsədi ilə Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılıb və istifadəyə verilibdir.

Hazırda 118 dövlət orqanı tərəfindən göstərilən 594 dövlət xidməti haqqında bütün məlumatlar Reyestrdə öz əksini tapıb. Bundan əlavə, yalnız mərkəzi və yerli icra hakimiyyəti orqanları deyil dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatlarının xidmətləri də Dövlət Xidmətlərinin Elektron Reyestrində əks olunacaq və vətəndaşlar vahid mənbədən bütün dövlət xidmətlərinə çıxış əldə edəcəklər.

 Qeyd edək ki, “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə vasitəsilə dövlət xidmətlərini həyata keçirən şəxslərin peşəkarlıq səviyyəsinin ölçülməsi və inkişaf etdirilməsi, dövlət xidmətlərinin göstərilməsində şəffaflığın təmin olunması, dövlət xidmətlərinə nəzarət və şikayət mexanizmlərinin inkişaf etdirilməsi, dövlət xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi təmin ediləcək.

 

 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

28-11-2019

ASAN xidmət indeksi təqdim edildi-Foto

21-09-2017

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

20-02-2024

“ASAN xidmət indeksi” ictimaiyyətə təqdim ediləcək

28-09-2016

“ASAN xidmət indeksi” təqdim edilir-Foto

03-10-2016

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

07-02-2023

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

24-02-2025

“ASAN Xidmət İndeksi” ilə bağlı təkliflər hazırlanır

06-09-2016

“ASAN Xidmət İndeksi” ilə bağlı təkliflər müzakirə ediləcək

15-09-2016

ASAN xidmət indeksi sabah təqdim olunacaq

20-09-2017

“ASAN Xidmət İndeksi” ilə bağlı təkliflər müzakirə edilib

16-09-2016

Dövlət xidmətlərinə "ASAN xidmət indeksi" tətbiq ediləcək

16-09-2025

“ASAN xidmət dövlət orqanlarının bütün xidmətlərini qiymətləndirəcək”

10-06-2016

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

23-02-2026

“Dövlət orqanları üzrə 450-dən çox elektron xidmət qiymətləndirilib”

19-08-2016

"ASAN xidmət" BMT-nin sessiyasında müzakirəyə çıxarılıb

15-04-2026

Dövlət xidmətlərinin keyfiyyəti necədir?-Foto

21-09-2017

Dövlət xidmətləri “ASAN xidmət indeksi” üzrə qiymətləndiriləcək

09-06-2016

ASAN xidmət indeksi sentyabrda təqdim olunacaq

21-07-2017

Xidmətlərin Elektron Reyestrinin təqdimatı keçiriləcək

15-01-2016

ASAN xidmət səfirliklərə və konsulluqlara notanın verilməsi xidmətlərinə başlayıb

01-03-2019

"Dövlət Xidmətlərinin Elektron Reyestri" haqqında Əsasnamə" təsdiqlənib

06-05-2026

“ASAN Kommunal” necə fəaliyyət göstərəcək?

05-05-2016

ASAN xidmət BMT-də təltif olunacaq

24-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə