Previous Next
Bağla

“AzDataCom” internet provayderi ön ödəmə sisteminə keçir

24-12-2020 19:13
“AzDataCom” internet provayderi ön ödəmə sisteminə keçir

“COVID-19” pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq edildiyindən məktəb və universitetlər distant təhsilə keçib, iş yerlərinin əksəriyyəti onlayn fəaliyyət göstərir. Bu da öz növbəsində internet xidmətlərinə olan tələbatı kəskin artırıb.

Xeberler.az bildirir ki, infrastrukturun dayanıqlılığının və alternativliyinin daha yüksək səviyyədə təmin edilməsi zərurətini yaradıb. İstifadəçilərin internet xidmətlərinə tələbatının artması ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) ölkə üzrə internet infrastrukturunun xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində kompleks işlər aparır.

NRYTN-in Məlumat Hesablama Mərkəzinin operatoru olduğu “AzDataCom” provayderi ölkəmizin bütün şəhər və rayon mərkəzlərində genişzolaqlı internet (ADSL) xidmətləri göstərir.

“Azdatacom” şəbəkəsi 1 yanvar 2021-ci il tarixindən “öncədən ödəmə” sisteminə keçid edir. Bundan sonra abonentin istifadə edəcəyi internet haqqı “gündəlik hesablaşma” prinsipi ilə aparılacaq. Belə ki, ödəniş günündən sonrakı 30 təqvim günü növbəti ay üçün ödəmənin son tarixi hesab ediləcək.

İstifadəçilər aylıq abunə haqqını “smartpay.az” saytı üzərindən, “Azərpoçt” MMC-nin filiallarında, həmçinin ödəmə terminalları vasitəsilə ödəyə bilərlər.

Daha ətraflı məlumat üçün “157” zəng mərkəzinə müraciət etmək mümkündür.

Qeyd edək ki, “Azdatacom” şəbəkəsi müştəri məmnuniyyətini artırmaq məqsədilə istifadəçi maraqlarını nəzərə alıb mütəmadi olaraq təkmilləşdirilir. Pandemiya dövrünün tələbləri nəzərə alınaraq istifadəçilərə evdən çıxmadan onlayn ödəniş etmək imkanı yaradılıb. Bu linkə https://smartpay.az/payment/service/403 daxil olmaqla “öncədən ödəniş” edib aylıq internet paketi almaq mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AzDataCom-dan ödənişsiz internet -Kampaniya

27-02-2016

İnternet xidməti üzrə “öncədən ödəmə” sisteminin tətbiqi nə qədər ədalətlidir?

26-12-2020

Daha iki internet provayderi “SmartPay”ə qoşuldu

11-08-2021

“Bline” internet provayderi “SmartPay”ə qoşuldu

16-09-2021

AzDataCom istifadəçilərinin sayı artıb

13-09-2015

NRYTN Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrin köçürülməsini asanlaşdırıb

23-03-2020

AzDataCom-a qoşulanların sayı artıb

13-07-2015

Smartpay üzərindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 21 min manatdan çox vəsait köçürülüb

27-03-2020

İnternet ödəmələrinin vaxt məhdudiyyətində dəyişiklik edilib

16-05-2019

SmartPay ödəniş sistemi yeni imkanlar təqdim edir

02-04-2019

Yerli internet resurslarına giriş sürətləndirilir

02-03-2015

AzDataCom güzəştli internet kampaniyasına başlayıb

25-11-2015

SmartPay” ödəmə sisteminin onlayn platformasına tələbat artıb

05-05-2020

Artıq abunəçilərin BTRİB-ə borcu olmayacaq- Yenilik

25-08-2016

“SmartPay” ödəmə sisteminə 2 yeni xidmət əlavə olunub

01-06-2021

“Aztelekom” və “Baktelecom” internet xidmətləri üzrə tariflərini azaldıb

21-09-2021

www.rabita.az saytı yenilənib

29-01-2020

AzDataCom-a qoşulanların sayı artıb

12-10-2015

Telefon rabitəsinə görə də öncədən ödəniş sistemi tətbiq olunacaq

20-02-2017

“Bakı Telefon Rabitəsi” MMC GPON texnologiyasının tətbiqi istiqamətində dəyişiklik edib

10-08-2022

“Aztelekom” MMC GPON texnologiyasının tətbiqi istiqamətində dəyişiklik edib

10-08-2022

Nazirlikdən ittihamlara cavab: - “Qiymət bizlik deyil"

19-05-2020

“AzInTelecom”un “157” Çağrı Mərkəzi 7 günlük iş rejiminə keçib

06-06-2022

Aktiv-ol on-line ödəniş sisteminə qoşuldu

13-03-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə