Azercell, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində təşkil olunan “Azercell CUP 2026” proqramlaşdırma müsabiqəsinə qeydiyyat başlayıb. Layihənin əsas məqsədi informatika və alqoritmik proqramlaşdırma sahəsində istedadlı şagirdləri müəyyənləşdirməklə onların bilik və bacarıqlarının inkişafını dəstəkləməkdir. Təşəbbüs həmçinin ölkədə yeni nəsil İT və İKT mütəxəssislərinin formalaşmasını təşviq edir.
Müsabiqədə iştirak etmək istəyən şagirdlər 20-27 May 2026-cı il tarixləri arasında Azercell CUP 2026 platforması üzərindən qeydiyyatdan keçə və layihə barədə ətraflı məlumat əldə edə bilərlər. “Azercell CUP” müsabiqəsində ümumitəhsil müəssisələrinin, eləcə də xarici ölkələrdə təhsil alan Azərbaycan vətəndaşı olan 6-cı və 7-ci sinif şagirdləri iştirak edə bilərlər.
Üç mərhələdən ibarət olan müsabiqənin birinci turu 28 may tarixində onlayn formatda keçiriləcək. Növbəti mərhələlərdə yüksək nəticə göstərən iştirakçılar beynəlxalq informatika olimpiadalarına hazırlıq proqramlarına dəvət olunacaqlar.
Qeyd edək ki, “Azercell CUP” layihəsi ölkədə rəqəmsal bacarıqların inkişafına, gənclərin İT və innovasiya sahəsinə marağının artırılmasına, eləcə də gələcək texnologiya mütəxəssislərinin yetişdirilməsinə töhfə verməyi hədəfləyir.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları