Previous Next
Bağla

“AZERCELL CUP” proqramlaşdırma üzrə müsabiqənin final mərhələsi keçirilib

14-10-2021 16:44
“AZERCELL CUP” proqramlaşdırma üzrə müsabiqənin final mərhələsi keçirilib

Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı “Azercell Telekom” MMC-nin proqramlaşdırma üzrə elan etdiyi “AZERCELL CUP” müsabiqəsinin final mərhələsi keçirilib. ADA universitetində 6-8-ci sinif şagirdləri arasında baş tutan müsabiqədə iştirakçılara həll edilməsi üçün 5 alqoritmik məsələ və 3 saat vaxt verilib. Yarışın sonunda nəticələr və medalçılar elan olunub.

Xatırladaq ki, müsabiqəyə qeydiyyat https://www.olimpiada.edu.az saytı üzərindən aparılıb. Birinci tur onlayn şəkildə iyun ayının 27-də baş tutub. Müsabiqənin əsas məqsədi rəqəmsal texnologiyalara, informatika elminə, kompüter mühəndisliyi və proqramlaşdırmaya marağı olan məktəblilərə dəstək olmaqdır. Həmçinin müvafiq sahələr üzrə məntiqi təfəkkürün inkişaf səviyyəsi,  alqoritmik düşünmə qabiliyyəti və problem həlli bacarığı ilə fərqlənən  şagirdləri müəyyənləşdirərək onları həvəsləndirmək, beynəlxalq olimpiadalara hazırlıq məşğələlərinə cəlb etmək, onların fərdi və elmi inkişafına töhfə verməkdir.

2017-ci ildən etibarən məktəblilərimizin Beynəlxalq İnformatika Olimpiadalarına hazırlıq prosesi Azercell şirkətinin köməyi ilə həyata keçirilir və onların inkişafı üçün təşəbbüslər davamlı olaraq dəstəklənir. Şirkət Azərbaycanın müxtəlif bölgələrindən və paytaxt məktəblərindən onlarla şagirdin hazırlıq prosesinə cəlb edilməsinə yardımçı olur. Belə ki, hazırlıqdan keçən şagirdlərimiz mötəbər beynəlxalq bilik yarışlarında yüksək nəticələr əldə edirlər. İndiyədək azərbaycanlı şagirdlər informatika fənni üzrə bilik yarışlarında 27 medal qazanıblar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell məktəblilər arasında proqramlaşdırma üzrə müsabiqəyə start verib!

10-06-2021

“Azercell CUP 2022”-nin qalibləri müəyyən oldu!

23-12-2022

İnformatika və Proqramlaşdırma Müsabiqəsi başlayıb

07-11-2022

Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada yüksək nəticələr nümayiş etdirməyə davam edirlər

17-12-2021

Azercell Cup 2024 qalibləri beynəlxalq olimpiadalara hazırlaşırlar

08-11-2024

“AZERCELL CUP 2024” müsabiqəsinin qalibləri müəyyən olundu

13-06-2024

“AZERCELL CUP 2024” müsabiqəsinə start verilir!

15-05-2024

"AZERCELL CUP 2025" müsabiqəsinə qeydiyyat davam edir

25-03-2025

"Azercell"in dəstəklədiyi şagirdlər beynəlxalq bilik yarışmasında uğur qazanıb

23-02-2022

“AZERCELL CUP” qaliblərinin mükafatlandırma tədbiri keçirildi

26-12-2023

Beynəlxalq İnformatika Olimpiadasında növbəti uğurumuz!

18-08-2022

“Azercell CUP 2026” müsabiqəsinə start verilir

20-05-2026

“Azercell CUP 2025” müsabiqəsinin nəticələri açıqlanıb

10-07-2025

Azercell-in dəstəklədiyi məktəblilər ölkəmizə medal qazandırdılar

22-02-2024

Azərbaycan 36-cı Beynəlxalq İnformatika Olimpiadasında təmsil olunacaq

19-08-2024

Azercell-in dəstəyi ilə daha bir “İnformatika Düşərgəsi” baş tutub

21-12-2024

“Azercell Cup 2025” müsabiqəsinin ilk seçim mərhələsi uğurla yekunlaşdı

25-04-2025

“AZERCELL CUP” müsabiqəsinin qalibləri mükafatlandırıldı

28-04-2022

Azercell-in dəstəklədiyi məktəblilər beynəlxalq olimpiadada növbəti dəfə uğur qazanıb

07-01-2022

İnformatika üzrə olimpiadalara hazırlıq qruplarına seçmə imtahanlar keçirilib

18-10-2024

Gəncə məktəblisi İnformatika fənni üzrə beynəlxalq yarışmada bürünc medal qazanıb

01-12-2020

Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər

30-04-2024

“Azercell”in dəstəyi ilə olimpiadalara hazırlaşan məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında uğur qazandılar

08-09-2023

Məktəblimiz proqramlaşdırma olimpiadasında qızıl medal qazanıb

01-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə