Previous Next
Bağla

“Azercell Life” sosial şəbəkələrdə!

30-03-2022 11:31
“Azercell Life” sosial şəbəkələrdə!

Yeni strategiyası çərçivəsində öz qarşısına “Azərbaycanın ən arzu olunan iş yeri
olmaq” məqsədini qoyan Azercell şirkəti “Azercell Life” sosial şəbəkə hesabını təqdim edir. Xüsusilə iş adamlarının və gənc nəslin nümayəndələrinin marağını cəlb edən bu səhifələrdə Azercell-in gündəlik fəaliyyəti ilə daha yaxından tanış olmaq, şirkətdə keçirilən tədbirlər və mövcud vakansiyalar haqqında məlumat əldə etmək mümkündür.

Belə ki, 10.000-dən çox izləyicisi olan “Azercell Life” Facebook və Instagram hesablarında şirkətin İnsan Kapitalının İdarə Edilməsi departamentinin mütəxəssisləri tərəfindən tələbələr, ümumiyyətlə iş axtarışında olan namizədlər üçün lazımi məlumatlar yerləşdirilir. Burada iş müsahibələrinə hazırlıq, tərcümeyi-halın tərtibatına dair bilgilər və bu kimi digər faydalı məlumatlar əldə etmək mümkündür.

Azercell-in fəaliyyətinə dair dolğun məlumatlarla zəngin olan bu səhifələrdə eyni zamanda, şirkətin öz əməkdaşları üçün keçirdiyi tədbirlər, treninqlər və gənclər üçün nəzərdə tutulan xüsusi proqramlarla tanış olmaq mümkündür. Bu, gənc mütəxəssislərin lider mobil operatorun fəaliyyətini izləməklə onun təcrübəsindən faydalanması üçün əvəzolunmaz fürsət yaradır.

“Azercell Life” sosial şəbəkə hesablarında Azercell Akademiyasının fəaliyyəti və iş
prinsipləri, tədris edilən təlim proqramları da işıqlandırılır. Xatırladaq ki, 2003-cü ildən fəaliyyət göstərən Akademiya Azərbaycanda müxtəlif sektor təmsilçiləri üçün korporativ təlim və konsaltinq xidmətlərini təklif edir. Bu günədək Azercell Akademiyası tərəfindən həm dövlət, həm də özəl qurumların təmsilçiləri üçün yüzlərlə təlim sessiyaları təşkil edilib.

Azercell əməkdaşları tərəfindən idarə edilən “Azercell Life” sosial şəbəkə hesablarında izləyicilərin diqqətini cəlb edən məsələlərə dair suallar operativ şəkildə
cavablandırılır.  Qeyd edək ki, yaxın zamanda “Azercell Life” səhifələrində izləyicilər üçün maraqlı və əyləncəli  müsabiqələrə də start veriləcək.

Odur ki, Azercell-də baş verən yeniliklərdən xəbərdar olmaq və dəyərli hədiyyələr qazanmaq üçün “Azercell Life” Instagram və Facebook sosial şəbəkə hesablarını izləyin!

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-in Instagram izləyicilərinin sayı 200 000 oldu!

03-04-2024

Azercell Müştəri Xidmətləri artıq Instagram-ın şəxsi mesaj bölümündə!

04-11-2021

Azercell növbəti dəfə karyera sərgisində iştirak etdi

27-05-2019

Azercell-in əməkdaşları Xəzər Universitetində - Foto

16-04-2015

Azercell tələbələr üçün yeni karyera imkanları yaradır

03-06-2021

Azercell Akademiyası il ərzində müxtəlif təşkilatlar üçün 231 təlim təşkil edib

09-02-2019

Azercell tələbələr üçün yeni imkanlar açır

17-03-2022

Ölkənin ən arzuolunan iş məkanında 1 gün

05-07-2019

“Azercell”-dən gənclərə növbəti iş imkanı

03-03-2020

Azercell növbəti əmək yarmarkasında iştirak edib

30-10-2019

Azercell tələbələrə dəstək olub

16-10-2017

Azercell tələbələrə dəstək oldu

14-03-2018

Qafqaz Universitetinin tələbələri Azercell-də

17-04-2015

Azercell Paycell xidməti üzrə göndərilən sorğuların xidmət haqqını dayandırır

22-04-2020

Azercell-Lab-ın qalibləri elan edilib

24-07-2019

Azercell növbəti dəfə tələbələr ilə görüşdü

01-06-2019

“WhatsApp-ın istifadəsinə məhdudiyyət qoyulmayıb”- Azercell

30-06-2015

Novruz ərəfəsində sosial şəbəkələrdə Azercell ilə daha aktiv ol

14-03-2023

Bölgələrə daha yaxın!

15-07-2022

Azercell əmək sərgisində iştirak etdi

26-03-2019

Azercell-dən Black Friday günündə möhtəşəm endirimlər

22-11-2018

Azercell növbəti dəfə Socially devoted sertifikatına layiq görülüb

06-02-2019

Azercell-in rəqəmsal xidmətləri “Umico”da!

09-07-2021

“Azercell” ilə - “KARYERADA İLK ADDIM"INI AT

30-11-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə