Previous Next
Bağla

“Azərpoçt” MMC karqo xidmətini istifadəyə verib

29-11-2022 17:06
“Azərpoçt” MMC karqo xidmətini istifadəyə verib

Bu günədək universal poçt xidmətləri göstərən “Azərpoçt” MMC klassik biznes profilini genişləndirərək karqo xidmətini istifadəyə verib. Vətəndaşların tələbatına əsasən yaradılmış “Post Cargo” xidməti ilə Türkiyənin elektron ticarət platformalarından sifarişlərin ünvana çatdırılması indi daha sərfəli tariflərlə mümkün olacaq.

"Azərpoçt" MMC-dən Xeberler.az-a verilən məlumata görə, 1500-dək şöbəsi ilə bütün ölkəni əhatə edən “Azərpoçt”un yeni xidməti sayəsində artıq ən ucqar kənd və qəsəbələrin sakinləri də Türkiyənin onlayn alış-veriş saytlarından məhsulları rahat əldə edə biləcəklər. Belə ki, “Post Cargo” istifadəçilərindən sifarişlərin rayonlara çatdırılması üçün əlavə ödəniş tələb olunmur.

Müştərilərin rahat alış-veriş etmələri üçün “Post Cargo” xidmətinin mobil tətbiqi də istifadəyə verilib.

Qeyd edək ki, “Azərpoçt”un yeni xidməti ilə yaxın zamanda Amerika Birləşmiş Ştatları, Almaniya və digər ölkələrin elektron ticarət platformalarından da alış-veriş mümkün olacaq.

Maraqlananlar ətraflı məlumat üçün xidmətin https://www.postcargo.az veb-səhifəsinə daxil ola, mobil cihazlar üçün tətbiqi isə “Apple Store” və “Play Store”dan “postcargo” adı ilə axtarış edərək yükləyə bilərlər.

Mobil tətbiqi aşağıdakı linklərdən də yükləmək olar:

“Android”: https://play.google.com/store/apps/details?id=az.postcargo.user&pli=1

“iOS”: https://apps.apple.com/us/app/postcargo-az/id6444638412

Vurğulayaq ki, “Azərpoçt” biznes mühitində rəqabətliliyin inkişafı üçün bütün ölkəni əhatə edən poçt şəbəkəsindən digər sahibkarların da faydalanması üçün şərait yaradır. Qurum artıq uzun müddətdir ki, 5 karqo şirkəti ilə əməkdaşlıq edir və bunu davam etdirməyi planlaşdırır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azərpoçt” ABŞ-dən onlayn çatdırılma xidmətinə başlayıb

22-02-2024

“Azərpoçt” yeni mobil tətbiqini istifadəyə verib

22-02-2022

Postcargo Şuşada fəaliyyət göstərəcək

05-03-2025

“Postcargo” yeni funksionallığı istifadəyə verib

27-02-2025

Xankəndi və Füzuliyə beynəlxalq poçt bağlamalarının çatdırılmasına başlanıb

06-11-2024

Goal.az tətbiqi App Store-da

25-08-2015

“Azərpoçt” MMC yeni “Mobil POS” xidmətini istifadəyə verib

22-01-2025

“Azərpoçt” və “Temu” əməkdaşlığa başlayıb

07-10-2025

Xəbərlər.az İKT portalına yeni imkanlar əlavə olunub

30-03-2015

Heydər Əliyev Mərkəzinin mobil tətbiqi istifadəyə verilib

02-07-2015

“Azərpoçt” “Logistika” xidmətinin əhatə dairəsini genişləndirir

03-02-2022

Poçt məntəqlərini tapmaq asanlaşdı-Yeni e-xidmət

25-01-2017

“Azərpoçt”un kart sahibləri artıq “Google Pay”lə ödəniş edə bilərlər!

10-06-2024

MilliNet-də Nominant olan növbəti mobil tətbiqlər

14-12-2017

Poçt şöbələrinin axtarışı iOS və Android-də

01-04-2016

Azərişıq-ın bütün xidmətləri mobil telefonunuzda

17-05-2016

“Azercell” tətbiqində abunəçilərə özəl təkliflər!

10-01-2025

“Azərpoçt” İspaniyadan sifarişlərin çatdırılmasını həyata keçirəcək

07-02-2025

“Kinotap” resursunun Android tətbiqi istifadəyə verildi

12-02-2013

Azərpoçt-un Mastercard məhsulları ilə alış-veriş edənlərə Parisə səyahət şansı

04-10-2018

Startaplarla bağlı məlumat əldə etmək üçün mobil əlavə hazırlanıb

20-05-2020

“Bakıya səfər” oyunu istifadəyə verildi

03-07-2015

Ən faydalı mobil tətbiqlər-Siyahı

31-08-2017

"Azərpoçt" yeni layihə həyata keçirir

21-10-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə