MilliNet-də Nominant olan növbəti mobil tətbiqlər

14-12-2017 / 12:07

Xeberler.az olaraq Milli İnternet Mükafatı - Milli Net 2017-də hər bir nominasiya üzrə Nominant statusu qazanan saytlar haqqında oxuculara məlumat veririk.

Ötən dəfə MilliNet-in “Elektron hökumət mobil tətbiqləri”, “Təhsil mobil tətbiqləri”,  “Oyun və əyləncə mobil tətbiqləri”  Nominasiyası üzrə  saytların adlarını təqdim etmişdik.

Bu dəfə isə “Media və İnformasiya mobil tətbiqi” və “Köməkçi mobil tətbiqlər (Utilitlər)” üzrə nominantları təqdim edəcəyik.

“Media və İnformasiya mobil tətbiqi”

Bunlar “Qafqazinfo.az”, “Olke.az”, “FeedBasket - Xəbəriniz olsun”, “ASAN Radio”, “Ens.az”,”Justlady.az” adlı mobil tətbiqlərdir.

İndi isə bu mobil tətbiqlər haqda qısa məlumatları təqdim edirik:

Qafqazinfo.az- Qafqazinfo.az saytının mobil tətbiqi vasitəsilə sayta daxil olmadan Azərbaycandan və dünyadan xəbərləri mobil telefonunuzdan oxuya bilərsiniz.

Olke.az- Mobil tətbiqlə Ölkə.az xəbər agentliyinin fəaliyyətini, paylaşdığı xəəbləri izləmək mümkündür.

FeedBasket - Xəbəriniz olsun- Tətbiq  bütün xəbər saytlarını və bloqları bir proqramda cəmləşdirib.

ASAN Radio- ASAN Radio-nu bu mobil tətbiqlə telefonunuzdan izləyə bilirsiniz.

Ens.az - Xəbər və məqalələrini artıq bu proqram vasitəsilə daha asan və rahat oxumaq mümkündür.

Justlady.az - Tətbiq Justlady.az saytının bu proqramı vasitəsilə  sayta daxil olmadan telefonda gündəlik qadınlar üçün özəl hazırlanmış xəbərləri təqdim edir.

“Köməkçi mobil tətbiqlər (Utilitlər)”

Bunlar “Azscore”, “Toofun”, “Bank Məzənnələri”, “Tabletka.az “, “Hara Gedek – Baku”, “Baku City Life” mobil tətbiqləridir.

Azscore- Tətbiq 10000 - 50000 yüklənmə sayına malikdir. Futbol ilə bağlı bütün  məlumatları tətbiq vasitəsilə izləyə biərsiniz.

Toofun- Tətbiq şəhərin bütün tanınmış alış-veriş brendlərinin, əyləncə və istirahət mərkəzlərinin ən sərfəli təklif və tədbirlərini özündə cəmləşdirən mobil bələdçidir.

Bank Məzənnələri – Tətbiq vasitəsilə bankların cari məzənnələri ilə bağlı ən son məlumatları əldə etmək mümkündür.

Tabletka.az- Azərbaycanın ən yaxın apteklər axtarışını təmin edən dərman kitabçısıdır.

Hara Gedek – Baku-  Tətbiqlə Bakıda olan   əyləncə,  iaşə obyektleri, ticarət mərkəzləri, restoran və kafelər barədə  məlumat ala, şəkillərini nəzərən keçirə və əlaqə nömrələrinə birbaşa zəng edə bilərsiniz.

Baku City Life- Mobil tətbiqlə Bakıda yeni yerlər tapa bilərsiniz.

Xeberler.az

 

 


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.