Previous Next
Bağla

“Azərpoçt” “Logistika” xidmətinin əhatə dairəsini genişləndirir

03-02-2022 13:52
“Azərpoçt” “Logistika” xidmətinin əhatə dairəsini genişləndirir

“Azərpoçt” MMC-nin “Sədərək” Ticarət Mərkəzindən alınan məhsulların Bakı və bölgələr üzrə çatdırılmasını təmin edən “Logistika” xidməti artan templə inkişaf edir.

Xeberler.az məlumat verir ki, istifadəyə verildiyi 4 ay ərzində layihə çərçivəsində daşımaların həcmi 10 dəfədən çox artıb.

Qeyd edək ki, “Logistika” xidməti 2021-ci ilin oktyabrında COVID-19 pandemiyası şəraitində sahibkar və alıcıların rahatlığını təmin etmək, eyni zamanda, ölkədə onlayn alış-verişə dəstək məqsədilə yaradılıb.

Xidmətin fəaliyyətə başladığı ilk ay ərzində cəmi 95 daşıma həyata keçirilsə də, hazırda aylıq çatdırmanın sayı mindən artıqdır. Bu da “Azərpoçt”un bazarda olan tələbatı doğru təhlil edərək, satıcı və alıcılara optimal həll təklif etdiyini göstərir. Ötən 4 ayın göstəricilərinə əsasən, qurum yaxın zamanda aylıq xidmət həcminin 5 min çatdırmaya qədər yüksələcəyini proqnozlaşdırır.

“Logistika” xidmətindən istifadə etmək istəyən mağaza sahibləri “Sədərək” Ticarət Mərkəzinin “Elit 2” korpusunun 2-ci mərtəbəsində yerləşən “Azərpoçt” məntəqəsinə yaxınlaşa bilərlər.

Xatırladaq ki, “Azərpoçt” MMC ötən il “Logistika” xidməti ilə yanaşı, sahibkarların məhsullarının “Azərpoçt” şöbələrində vətəndaşlara təqdim olunmasını nəzərdə tutan “Retail” xidmətini də istifadəyə verib və qarşılıqlı əməkdaşlıqdan yüksək nəticələr əldə edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azərpoçt” “Sədərək”dən ünvanlara 1000-ə yaxın bağlama çatdırıb

17-11-2021

"Azərpoçt" yeni layihə həyata keçirir

21-10-2021

“Azərpoçt” yeni xidmət portfoliosunu açıq elan edir

26-01-2022

"Azərpoçt" MMC adından göndərilən saxta mesajların sayı artıb

25-01-2024

“Azexport.az” portalı və “Azərpoçt” MMC əməkdaşlığı genişləndirir

05-04-2021

“Azərpoçt” və “Silk Way West Airlines” memorandum imzalayıblar

17-11-2025

“Azərpoçt” “Bakı Taksi Xidməti” ilə əməkdaşlığa başlayıb

03-12-2024

“Azərpoçt” və “Simbrella” “SalaryNOW” xidmətini istifadəyə verib

18-12-2025

“Azərpoçt”un gəlirləri bu ilin birinci yarısında 3 faiz artıb

25-07-2023

Azərpoçt-un “sms xəbərdarlıq” xidməti pulsuz olub

22-05-2018

“Azərpoçt” MMC karqo xidmətini istifadəyə verib

29-11-2022

“Azərpoçt” MMC-nin Baş direktoru Latviya poçtunun rəhbəri ilə görüş keçirib

19-08-2021

Azərpoçt e-ticarətlə bağlı yenilik edəcək

05-12-2017

“Agent bankçılıq” layihəsi daha bir regionda tətbiq olundu

17-05-2022

“Azərpoçt”un nümayəndə heyəti Almaniyada işgüzar səfərdə olub

28-11-2025

“Agent bankçılıq” Masallı və Tovuzda!

22-06-2022

Azərpoçt-un hesabatı haqqında

26-01-2024

Azərpoçt 2 poçt şöbəsini yenidənqurmadan sonra istifadəyə verdi

06-02-2019

Azərpoçt kreditləşmə mexanizmi hazırlayır

19-08-2015

Azərpoçt MMC Dünya Bankı ilə birgə yeni layihə hazırlayır

10-07-2015

Azərpoçt MMC-nin beynəlxalq ödəniş kartları Türkiyədə dəstəklənəcək

27-09-2018

“Azərpoçt” işçilərinə bonus ödənişinin məbləğini açıqlayıb

08-02-2024

“Azərpoçt” müasir inkassator maşınları alıb

11-11-2021

Naxçıvanda poçt bağlamalarının ünvana çatdırılması asanlaşdırılır

25-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə