Previous Next
Bağla

“Azersky" peykinə görə sığorta ödənişi tam məbləğdə alınıb"

08-04-2024 16:05
“Azersky" peykinə görə sığorta ödənişi tam məbləğdə alınıb"

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") istismar etdiyi, missiyasını vaxtından 1 il əvvəl başa çatdırmış "Azersky" – Yerin məsafədən müşahidə peykinə görə 45 milyon manat sığorta ödənişi tam məbləğdə alınıb.

Bunu "Azərkosmos"un İdarə Heyətinin sədr müavini Dunay Bədirxanov bildirib.

“Biz sığorta ödənişinin alınması ilə bağlı prosesinə ötən il - dərhal başladıq. Yerdə baş verən sığorta hadisələrində olduğu kimi, burada proses tez başa çatmaya bilərdi. Peykin əlçatmaz bir yerdə olduğunu nəzərə alsaq məsələnin araşdırılması müəyyən vaxt tələb edirdi. Lakin bizim bu sahədə seçdiyimiz sığorta təşkilatları və brokerlər ilə uzun müddətli əməkdaşlığımız, ən vacibi düzgün təşkilatlarla işləməyimiz imkan verdi ki, tam bizə uyğun, gözlədiyimiz vaxtda prosesi yekunlaşdıraq”,- deyə o qeyd edib.

Xatırladaq ki, ötən ilin aprel ayında "Azersky" fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırıb. Həmin vaxta kimi peykdən 105 milyon manat gəlir əldə olunub. Həmçinin, müxtəlif dövlət orqan və qurumlarına əlavə olaraq 150 milyon manat dəyərində peyk təsvirləri verilib. Beləliklə, peykdən əldə edilən iqtisadi fayda qoyulmuş investisiyadan 1,5 dəfə çox olub. Peyk “PAŞA Sığorta” ASC vasitəsi ilə beynəlxalq bazara çıxarılıb. Sığortalama prosesində 15-dən artıq sığorta şirkəti iştirak edib. Bunlar A+ kateqoriyalı beynəlxalq reytinqə malik dünyanın ən böyük təkrarsığorta şirkətləridir. Peyklə əlaqənin kəsilməsinin səbəbi onun kiçik ölçülü meteorit və yaxud kosmik tullantı ilə toqquşması olub.(Report)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan “Azersky”a görə 15-dən artıq sığorta şirkətindən ödəniş alacaq

05-07-2023

"Azersky" peykinə görə sığorta ödənişi bu ilin sonuna qədər veriləcək

04-10-2023

"Yeni peykin orbitə çıxarılması üçün beynəlxalq nüfuzlu şirkətlərlə danışıqlar aparılır"

26-04-2023

"Azersky" kiberhücumun qurbanı olub? -RƏSMİ

06-07-2023

Azersky peykinin fəaliyyəti dayandı-RƏSMİ

20-04-2023

“Azersky” peykinin yarım milyonluq sığortasını hansı şirkət edəcək?

23-12-2022

Azərbaycanın yeni peykini orbitə İsrail şirkəti çıxaracaq

10-07-2023

“AirBus”: “Azərkosmos”la əməkdaşlığımız peyk görüntüləri sahəsində davam edir

06-10-2023

“Azərkosmos” indiyədək 3 peykdən yarım milyard manat qazanıb

09-02-2023

Azərbaycanda internet vasitəsi ilə sığortalama

08-01-2009

«Azal Sığorta» şirkəti veb-saytını yeniləyib

29-12-2010

"Azərkosmos" “Azerspace-2” peyki üçün sığortaçı seçib

10-10-2024

“Azerspace-1” peykinin sığorta dəyəri açıqlanıb

10-01-2024

Sığorta müqavilələri internet vasitəsilə bağlanacaq

06-04-2012

"Azersky" 6 milyon kvadrat kilometr ərazinin təsvirini verə bilir

10-02-2023

"Azersky-2" peyki proqramının icrası cədvəl üzrə davam edir

03-12-2025

DSMF: Ötən il məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 5 faiz artıb

16-01-2025

"Azərkosmos"un yığılmış zərəri 400 milyon manata yaxınlaşıb

02-09-2025

“Azərsky 2” peyki ilə bağlı detallar məlum olub

03-10-2023

"Azərkosmos”un nizamnamə kapitalı artırılıb

24-02-2020

Azərbaycanın Beynəlxalq Sığorta Şirkəti (BSS) rəsmi veb-saytını (www.iic.az) yeni tərtibatda istifadəyə verib

24-12-2008

Azərkosmos və Aqrar Sığorta Fondu əməkdaşlığa başladı

04-11-2024

PAŞA Sığorta və Hesab.az-dan avtomobil sahiblərinə xoş xəbər!

03-03-2022

Azərbaycanın növbəti peykinin dəyəri açıqlandı

06-12-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə