Previous Next
Bağla

“AzInTelecom” “PCI DSS” sertifikatını əldə edib

27-12-2024 11:26
“AzInTelecom” “PCI DSS” sertifikatını əldə edib

“AzInTelecom” MMC ödəniş ekosistemində “bulud” xidmətləri üzrə qlobal standartları müəyyən edən “PCI DSS Certificate of Compliance” sertifikatını əldə edib.

Xeberler.az məlumat verir ki, şirkət MDB məkanında “PCI DSS” sertifikatının 4.0.1 versiyasını əldə edən ilk “bulud” provayderi olub. Bununla da, “AzInTelecom”a məxsus Bakı Əsas Data Mərkəzinin maliyyə qurumları üçün “bulud” xidmətləri göstərmə uyğunluğu təsdiqlənib. Artıq “AzInTelecom” həm “bulud”, həm də yerləşdirmə üzrə “PCI DSS” uyğunluq sertifikatına malikdir. Bu isə o deməkdir ki, maliyyə sahəsində fəaliyyət göstərən bütün qurumlar artıq “AzInTelecom”dan “bulud” xidməti əldə edə bilərlər.

Sertifikatın əldə olunması üçün əvvəlcə Azərbaycanda səlahiyyətli “Quality Veritas” şirkəti tərəfindən ilkin qiymətləndirilmə aparılıb, müstəqil auditorlar tərəfindən audit həyata keçirilib. Audit nəticəsində uyğunluq təsdiqlənib və “AzInTelecom” MMC-yə “PCI DSS Certificate of Compliance” sertifikatı təqdim edilib.

Qeyd edək ki, “PCI DSS” standartı 2006-cı ildə “Visa”, “MasterCard”, “American Express”, “Discover” və JCB kimi beynəlxalq ödəniş brendləri tərəfindən yaradılmış “PCI SSC” (Ödəniş Kartı Sənayesi Təhlükəsizlik Standartları Şurası) təşkilatı tərəfindən formalaşdırılıb. Təşkilatın məqsədi ödəniş kartı məlumatlarının mühafizəsi və ödəniş əməliyyatlarının təhlükəsizliyinin gücləndirilməsidir.

Hazırda “AzInTelecom” MMC iki müasir Data Mərkəz üzərindən 250-yə yaxın quruma “bulud” xidmətləri göstərir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“AzInTelecom” iki beynəlxalq nüfuzlu sertifikasiyadan keçib

07-11-2025

ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı alıb

19-12-2025

“AzInTelecom” və “Azfina” fintex şirkətlərini bir araya toplayıb

07-01-2025

AzInTelecom beynəlxalq keyfiyyət sertifikatı aldı

21-11-2016

“Təmiz Şəhər” İT sistemlərini “Hökumət buludu”na köçürüb

15-04-2026

“AzInTelecom” “AzInCloud” platformasını istifadəyə verib

29-11-2024

Bulvar İdarəsi İT sistemlərini “Hökumət buludu”na köçürüb

03-03-2026

Bakı Metropoliteni İT sistemlərini “Hökumət buludu”na köçürüb

03-02-2026

“Azəristiliktəchizat” İT sistemlərini “Hökumət buludu”na köçürüb

06-02-2025

AzInTelecom “Biznes Davamlılığının İdarəetməsi” sertifikatına layiq görülüb

16-07-2020

SOCAR İT sistemlərini “Hökumət buludu”na köçürüb

15-04-2025

Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb

13-01-2026

Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb

28-01-2026

Hesablama Palatası İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

25-02-2025

“AzerGold” İT sistemlərini “Hökumət buludu”na köçürüb

30-05-2025

Əqli Mülkiyyət Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb

19-05-2025

“AzInTelecom”un Data Mərkəzi “TIER III” sertifikatına layiq görülüb

05-03-2020

AYNA informasiya sistemlərini “Hökumət Buludu”na köçürüb

10-12-2025

Yeni yaradılacaq Data Mərkəzi üçün TIER 3 sertifikatı alınıb

07-10-2019

KOBİA İT sistemlərini “Hökumət buludu”na köçürüb

05-02-2025

İnnovasiyalar Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb

19-06-2025

AHİK İT sistemlərini “Hökumət buludu”na köçürüb

17-06-2025

Ultrasəs ilə mobil ödənişlər xidməti istifadəyə verilib

19-10-2015

“AzInTelecom” MMC Türkiyənin “Bulutistan” şirkəti ilə memorandum imzalayıb

11-08-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə