Previous Next
Bağla

“AzInTelecom”da infotur təşkil olunub

14-04-2022 13:12
“AzInTelecom”da infotur təşkil olunub

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı və Sumqayıt məktəbliləri üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-də infotur təşkil olunub.

Xeberler.az məlumat verir ki, infotur zamanı məktəblilər “AzInTelecom”un inzibati binası, buradakı laboratoriyalar, eləcə də iş prosesi ilə yaxından tanış olublar.

“AzInTelecom”un İdarə heyətinin sədri Elxan Əzizov məktəbliləri salamlayaraq qurum haqqında geniş məlumat verib. Bildirilib ki, 2015-ci ildə yaradılan qurumun fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafiki mübadiləsinin təşkili, bulud xidmətləri, biznes həllər, mərkəzləşdirilmiş informasiya sistemlərindən ibarətdir. Cənubi Qafqaz, o cümlədən Azərbaycanın ən böyük əlçatanlıq zonasına sahib olan və biometrik autentifikasiyaya əsaslanan yeni nəsil elektron imzanın yaradıcısı “AzInTelecom” MMC-nin ölkəmizin rəqəmsal inkişafında aparıcı rol oynadığı qeyd edilib.

Elxan Əzizov deyib ki, məktəblilərin İT, telekommunikasiya, bulud texnologiyası kimi vacib sahələrə maraq göstərməsi təqdirəlayiq haldır. O, məktəbliləri bu istiqamətlərdə özlərini inkişaf etdirməyə və “AzInTelecom” komandasına qoşularaq ölkəmizin rəqəmsal gələcəyinin formalaşdırılmasında birgə iştiraka çağırıb. E.Əzizov əlavə edib ki, güclü kadr potensialına sahib “AzInTelecom” MMC komandasına daim yeni üzvlər cəlb olunur.

Daha sonra “AzInTelecom”un Marketinq şöbəsinin müdiri Xalid Xalidli təqdimatla çıxış edib. O, qurumun xidmət və məhsulları haqqında geniş məlumat verərək “AzInTelecom”da mövcud olan perspektiv imkanlar, eləcə də təcrübə və startap proqramlarından danışıb.

Sonda məktəblilərin sualları cavablandırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“AzInTelecom” lisenziyaların alınmasına 5 milyon manatdan artıq pul xərcləyəcək

22-08-2023

“AzInTelecom” “INMerge İnnovasiya Sammiti 2024”də iştirak edib

11-10-2024

“AzInTelecom”a baş direktor təyin edilib

13-05-2026

"AzInTelecom"un Müştəri Xidmətləri 6 günlük iş rejiminə keçib

16-11-2022

"AzInTelecom"da yeni təyinat olub

15-05-2023

“AzInTelecom” “AmCham”a üzv oldu

08-08-2023

“AzInTelecom”un nümayəndələri “Heydər zirvəsi”nə yürüş edib

09-05-2023

Bu şirkətlər kibertəhlükəsizlik sahəsində birgə fəaliyyət göstərəcək

02-05-2023

“AzInTelecom” MMC və “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında memorandum imzalanıb

03-08-2022

“AzInTelecom” Türkiyənin “Çekino Group” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

20-04-2023

Mingəçevir Dövlət Universiteti “AzInTelecom” MMC-nin xidmətlərindən yararlanacaq

07-10-2022

“AzInTelecom” MMC-yə yeni rəhbər təyin olundu

09-02-2021

"AzInTelecom"a yeni sədr təyin edilib

04-02-2022

“AzInTelecom” ADA Universiteti ilə təcrübə proqramını davam etdirir

17-08-2021

“SİMA İmza” bir sıra qurumların sistemlərinə uğurla inteqrasiya olunub

09-09-2025

“AzInTelecom” ilə AZSTAND arasında əməkdaşlıq memorandumu imzalanıb

05-04-2023

“AzInTelecom” təcrübə proqramını uğurla bitirmiş tələbələrə sertifikatlar təqdim edib

28-09-2021

Məlumat Hesablama Mərkəzi və “AzInTelecom” MMC birləşdirilib

28-12-2021

“AzInTelecom” jurnalistlər üçün təlim keçirdi - FOTOLAR

06-08-2023

“AzInTelecom” MMC “Azcloud ScaleUp” startaplara dəstək proqramına start verir

10-06-2021

AzInTelecom tender elan edir

22-02-2019

“AzInTelecom” Cənubi Afrika Respublikasının nüfuzlu şirkəti ilə əməkdaşlığa başlayır

21-11-2023

“AzInTelecom” MMC-nin rəsmiləri Türkiyədə işgüzar səfərdədir

11-08-2022

“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edib

26-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə