Previous Next
Bağla

“Baktelecom” Hövsan qəsəbəsində optik telekommunikasiya xidmətləri təqdim edir

26-04-2021 16:14
“Baktelecom” Hövsan qəsəbəsində optik telekommunikasiya xidmətləri təqdim edir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) Hövsan sakinlərini “Evədək optika” layihəsi çərçivəsində telefon, internet və televiziya xidmətləri ilə təmin etməyə başlayıb.

Nazirlikdən Xeberler.az-a bildirilib ki, qəsəbənin Quşçuluq massivində 1800 nömrə tutumlu optik şəbəkə qurulub. Hazırda 1200 mənzilin genişzolaqlı xidmətlərə qoşulması həyata keçirilir. Görülən işlər sözügedən massivdə telekommunikasiya xidmətlərinə tələbatı tam şəkildə ödəyir. Şəbəkənin qurulması zamanı gələcəkdə yaşayış massivinin genişləndirilməsi və sakinlərin sayının artması ehtimalı da nəzərə alınıb.

Əlavə olaraq Hövsan kəndi, Bağlar və Zeytunluq massivlərində müasir standartlara cavab verən fiber-optik xətlərin çəkilişinə başlanılıb. Yenidənqurma işlərindən sonra sakinlər keyfiyyətli telekommunikasiya xidmətləri ilə təmin ediləcəklər. Hövsan qəsəbəsi bütünlüklə “Evədək optika” layihəsinin əhatə dairəsinə daxil edilib. Baktelecom tərəfindən ərazidə 15 min nömrə tutumlu şəbəkənin mərhələli şəkildə istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, “Evədək optika” layihəsi çərçivəsində Bakı və ətraf ərazilərdə 230 min istifadəçi tutumlu optik şəbəkə yaradılıb. Artıq bu şəbəkə üzərindən 130 min mənzilin müasir standartlarla optik xidmətlərə qoşulması təmin edilib. Sözügedən şəbəkə ən müasir internet bağlantısı olan GPON (Gigabyte Passive Optical Network – Qiqabit tutumlu passiv optik şəbəkə) texnologiyası əsasında qurulur. Bu texnologiya sabit sürətə zəmanət verməklə yanaşı telefon, internet və televiziya xidmətlərini bir xətt üzərindən təqdim etməyə imkan yaradır.

1997-ci ildə yaradılan “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (BTRİB) 2017-ci ilin iyulun 19-da “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq yenidən təşkil edilib. 2001-ci ilin mayın 10-da BTRİB-in nəzdində “Bakİnternet” ilk dövlət internet şəbəkəsi yaradılıb.

“Baktelecom” dövlət orqanlarına, korporativ və fərdi seqmentdən olan 630 min müştəriyə bütün növ müasir telekommunikasiya xidmətləri – telefon, internet, “DATA”, “İPTV”, “CDMA” və “LTE” texnologiyalarına əsaslanan telefoniya xidmətləri təqdim edir. Əlavə olaraq, şirkət rabitə qurğularının layihələndirilməsi xidmətini də həyata keçirir.

Şirkətin bütün istismar ərazisini əhatə edən kabel-kanal qurğuları, fiber-optik şəbəkəsi, “IP/MPLS” texnologiyasına əsaslanan daşıyıcı şəbəkəsi, “GPON” texnologiyasına əsaslanan paylayıcı şəbəkəsi mövcuddur. Qurumun tabeliyində altı Rabitə xidmətləri mərkəzi, “Azərrabitəlayihə” MMC və “Azeurotel” MMC fəaliyyət göstərir. Müştəri məmnuniyyətinin yüksəldilməsi və xidmət coğrafiyasının genişləndirilməsi məqsədi ilə hazırda fiber-optik, magistral və paylayıcı şəbəkənin əhatə dairəsinin artırılması istiqamətində layihələr həyata keçirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Baktelecom” Binə qəsəbəsində optik şəbəkəsini istifadəyə verib

“Baktelecom” Binə qəsəbəsində optik şəbəkəsini istifadəyə verib

29-04-2021
“Baktelecom” Binəqədi və Sabunçu rayonlarında “Evədək optika” layihəsinin  icrasını sürətləndirdi

“Baktelecom” Binəqədi və Sabunçu rayonlarında “Evədək optika” layihəsinin icrasını sürətləndirdi

07-07-2021
 “Baktelecom” Dədə Qorqud massivində optik şəbəkəsini istifadəyə verdi

“Baktelecom” Dədə Qorqud massivində optik şəbəkəsini istifadəyə verdi

06-04-2022
Evədək optika layihəsinin əhatə dairəsi genişləndirilir

Evədək optika layihəsinin əhatə dairəsi genişləndirilir

10-09-2019
“Baktelecom” “İçərişəhər” qoruğunda müasir standartlara cavab verən optik şəbəkəsini istifadəyə verib

“Baktelecom” “İçərişəhər” qoruğunda müasir standartlara cavab verən optik şəbəkəsini istifadəyə verib

03-12-2020
“Baktelecom” fərdi yaşayış evlərini optik xətlərlə  təmin edir

“Baktelecom” fərdi yaşayış evlərini optik xətlərlə təmin edir

05-08-2020
Evədək optika layihəsinin ikinci mərhələsinə başlanıb

Evədək optika layihəsinin ikinci mərhələsinə başlanıb

18-04-2019
“Baktelecom” yeni yaşayış massivi sakinlərini multimedia xidmətləri ilə təmin edir

“Baktelecom” yeni yaşayış massivi sakinlərini multimedia xidmətləri ilə təmin edir

24-08-2020
Baktelecom optik şəbəkəyə keçidin əhatə dairəsini genişləndirir

Baktelecom optik şəbəkəyə keçidin əhatə dairəsini genişləndirir

14-06-2019
Baktelecom  24 min mənzili optik şəbəkəyə keçirib

Baktelecom 24 min mənzili optik şəbəkəyə keçirib

09-07-2019
Baktelecom İçərişəhər və mərkəzi küçələri optik şəbəkəyə keçirir

Baktelecom İçərişəhər və mərkəzi küçələri optik şəbəkəyə keçirir

01-10-2019
100 minədək evə sürətli internet çəkiləcək

100 minədək evə sürətli internet çəkiləcək

09-04-2018
“Baktelecom” optik şəbəkəyə keçidi sürətləndirib

“Baktelecom” optik şəbəkəyə keçidi sürətləndirib

22-05-2020
“Baktelecom” Biləcəri sakinlərinə səyyar xidmət göstərib

“Baktelecom” Biləcəri sakinlərinə səyyar xidmət göstərib

11-08-2020
Baktelecom internet qiymətlərini endirdi

Baktelecom internet qiymətlərini endirdi

01-02-2018
Şuşa şəhəri optik telekommunikasiya xidmətləri ilə təmin edilib

Şuşa şəhəri optik telekommunikasiya xidmətləri ilə təmin edilib

08-11-2021
"Baktelecom" simsiz telefon rabitəsi xidmətinin fəaliyyətini dayandıracaq

"Baktelecom" simsiz telefon rabitəsi xidmətinin fəaliyyətini dayandıracaq

19-10-2021
“Baktelecom” mətbuat işçilərinin binasını optik şəbəkə ilə təmin edib

“Baktelecom” mətbuat işçilərinin binasını optik şəbəkə ilə təmin edib

28-10-2020
Abşeronda telekommunikasiya infrastrukturu yenidən qurulur

Abşeronda telekommunikasiya infrastrukturu yenidən qurulur

22-11-2019
Jurnalistlərin binasına sürətli internet çəkiləcək

Jurnalistlərin binasına sürətli internet çəkiləcək

22-07-2017
Azərbaycanda fiber-optik internetlə təmin olunan evlərin sayı açıqlandı

Azərbaycanda fiber-optik internetlə təmin olunan evlərin sayı açıqlandı

01-11-2022
Sakinlərə pulsuz avadanlıq verildi

Sakinlərə pulsuz avadanlıq verildi

14-12-2018
Naxçıvanda telefon abunəçiləri və internet istifadəçilərinin sayı artıb

Naxçıvanda telefon abunəçiləri və internet istifadəçilərinin sayı artıb

04-03-2013
Naxçıvanda 1 646 abonent genişzolaqlı internetlə təmin olunub

Naxçıvanda 1 646 abonent genişzolaqlı internetlə təmin olunub

06-04-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə