Ağdam Şəhəri Günü çərçivəsində “ASAN xidmət”in “Bilim Azərbaycan” layihəsi tərəfindən şagirdlər üçün elm və texnologiya sahəsində müxtəlif maarifləndirici fəaliyyətlər təşkil olunub.
Xeberler.az Azərtaca istinadən məlumat verir ki, “Bilim Azərbaycan” layihəsinin rəhbəri Enes Kiraz bildirib ki, layihənin əsas məqsədlərindən biri elmi, texnologiyanı və təhsili Bakı ilə yanaşı, Azərbaycanın digər bölgələrində də yaymaqdır.
Layihə rəhbərinin sözlərinə görə, hazırda Bakıda və Qubada iki bilim mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzlərdə şagirdlər üçün uzunmüddətli texnologiya təhsilləri təşkil olunur, müxtəlif yarışmalar keçirilir. Ağdamdakı tədbir zamanı da şagirdlər bilim mərkəzlərinə dəvət ediliblər.
Enes Kiraz bildirib ki, “Bilim hər yerdə” layihəsi çərçivəsində tədbirlər davam etdiriləcək. Növbəti həftə Kəlbəcər rayonunun məktəblərindən birində şagirdlər üçün təlimlər keçiriləcək.
O vurğulayıb ki, əsas hədəf yeni bilim mərkəzləri yaratmaqla, uşaqlar və gənclər arasında elmə və texnologiyaya marağı artırmaq, bu sahədə bilikləri daha geniş yaymaqdır.


























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları