Previous Next
Bağla

“Dilmanc İmla” sisteminin yeni versiyası istifadəyə verildi

30-04-2015 15:28
“Dilmanc İmla” sisteminin yeni versiyası istifadəyə verildi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Dilmanc” layihəsi şifahi nitqi mətnə çevirən “Dilmanc İmla” sisteminin yeni versiyasını istifadəyə verib.

Nazirlikdən Xəbərlər-ə verilən məlumata görə, layihə qrupundan verilən məlumata görə, əvvəlki versiyadan fərqli olaraq proqramın yeni versiyası daha keyfiyyətlidir və bu versiya smartfon tipli mobil telefonu mikrofon kimi istifadə etməyə imkan yaradır.

Proqramın istifadə qaydası çox sadədir. Belə ki, həm kompüterə, həm də telefona “Dilmanc İmla” proqramı yükləndikdən sonra kompüterə yazılmış proqramın təklif etdiyi birləşmə kodu telefona daxil edilərək kompüter və telefon arasında internet üzərindən əlaqə yaradılır. Bundan sonra telefon mikrofon kimi istifadə edilə bilər. Kursoru kompüterdə mətn yazmaq üçün nəzərdə tutulan hər hansı pəncərəyə (məsələn, Microsoft Word və ya istənilən mətn prosessorunun pəncərəsi) qoymaqla işə başlamaq olar. Telefona deyilən imla avtomatik olaraq mətnə çevrilərək kompüterə yazılır. “Dilmanc” tərəfindən yaradılmış digər proqramlar kimi bu proqram da ödənişsiz yayılır və layihənin saytından  köçürülə bilər.

Xatırladaq ki, “Dilmanc” layihəsinin elmi rəhbəri rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasovdur.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dilmancdan yenilik: durğu işarələrini avtomatik qoya biləcəksiz

29-09-2015

“Dilmanc İmla” təkmilləşdirilib

02-03-2016

Mobil telefondan mikrofon kimi istifadə edə biləcəksiniz

02-03-2015

“Dilmanc imla” layihəsi beynəlxalq sərgidə təqdim olunub

14-10-2015

Dilmanc mobil telefonlarda!

13-12-2013

Dilmanc Translator tərcümə proqramının yeni versiyası istifadəyə verilib

11-07-2014

“Dilmanc” mətnin səsləndirilməsi sisteminin yeni versiyasını istifadəyə verib

28-03-2013

Azərbaycanda Dilmanc maşın tərcüməsi sisteminin yeni versiyası təqdim olunub

22-11-2008

"Dilmanc" tərcümə sisteminin yeni versiyası istifadəyə verildi

18-03-2014

Azərbaycan dilində mətni insan səsi ilə oxuyan proqram yaradılıb

04-08-2010

“Dilmanc” layihəsi elmi tədqiqatçılar və proqramçılar axtarır

14-05-2015

Dilmanc tərcümə proqramını yaradan elmi-tədqiqat işçi qrupu IEEE elektron kitabxanasına daxil edilib

16-01-2009

Dilmanc-ın mobil tərcüməçi proqramı yenilənib

22-12-2015

"Microsoft Office 2003" üçün Azərbaycan dilinin orfoqrafiya yoxlayıcısı

14-01-2011

Nazirliyin Dilmanc layihəsi ödənişli olacaq?

11-01-2016

Dilmanc-ın çağrı mərkəzi Dohada nümayiş etdirilib

09-12-2014

Dilmanc proqramından istifadə sayı açıqlanıb

23-11-2015

Dilmanc tərcümə sistemi 200 000 dəfədən çox yüklənilib

23-12-2008

Azərbaycan milli axtarış sistemini yaradır

23-09-2015

Elektron Təhlükəsizlik Mərkəzi xəbərdarlıq edib

14-10-2015

Dilmanc imkanlarını genişləndirib

24-03-2012

Azərbaycan dilində mətnlərin səsləndirilməsi üçün ilk kompüter sistemi yaradılmışdır

07-04-2010

Nazirliyin dəstəyilə yaradılan Azərbaycan dilinin milli korpusu haradadır ?

27-03-2024

“Dilmanc”dan yenilik

05-12-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə