Previous Next
Bağla

“eBay” əlavəsi “Android” sistemli qurğulara 100 milyon dəfə yüklənib

13-04-2015 11:39
“eBay” əlavəsi “Android” sistemli qurğulara 100 milyon dəfə yüklənib

Elektron ticarətdə dünya lideri olan “eBay” internet mağazası “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğularda "eBay” əlavəsini 100 milyon nəfərin quraşdırmasını açıqlayıb. “Android” dünyada “eBay” mobil istifadəçiləri arasında ən populyar əməliyyat sistemi olub.

Xəbərlər “TelecomDaily”  saytına istinadən məlumat verir ki, hazırda “eBay” mobil əlavələrindən dünyanın 190 ölkəsində 8 dildə istifadə etmək mümkündür ki, bu da ona istənilən yerdə və “Android”, “iOS”, “BlackBerry” və “Windows Mobile” platformalarını dəstəkləyən bütün qurğular vasitəsilə alış-veriş üçün geniş imkanlar açır. Cari ilin aprelində “Android” sistemli qurğularda “eBay” əlavəsinin istifadəçilərinin sayı 100 milyonu ötüb ki, bu da ona platforma istifadəçiləri arasında onlayn alış-verişə yüksək tələbatın olmasından xəbər verir. Hər gün “Android” ilə “eBay”da 2,33 milyon istifadəçi qeydiyyatdan keçir, 90 mindən çox insan əlavəni quraşdırır.

Qeyd edək ki, “eBay” internet mağazası 1995-ci ildə proqramçı Pyer Omidyar tərəfindən yaradılıb. Mağazada qeydiyyatdan keçmiş istənilən istifadəçi alış-veriş edə bilər. “eBay”da brend şirkətlər də öz mallarını sata bilərlər. Onlar tərəfindən satışa çıxarılan malları adi istifadəçi lotları arasında tapmaq mümkündür. Əvvəllər “eBay”da nəhəng marka və şirkətlər tərəfindən malların birbaşa satılması üçün nəzərdə tutulan ayrıca “brands.ebay.com” bölməsi fəaliyyət göstərib. Bölmə indiyədək aktiv olsa da, orada yerləşdirilən kateqoriyaların əksəriyyəti boşdur.

Şirkət həmçinin “PayPal” və “Ebay Enterprise” şirkətlərinin sahibidir. Direktorlar Şurasının qərarına görə, 2015-ci ildə “eBay” “PayPal” sistemini ayrıca şirkətə ayıracaq. Sazişin maliyyə məsləhətçisi qismində "Goldman Sachs”, “Allen & Company” çıxış edir.

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Baxışla idarə olunan ilk virtual mağaza

19-05-2016

eBay və PayPal əməkdaşlığa son qoydu

22-07-2015

2009-cu ildə e-Bayda ən çox alış-veriş edənlər kimlərdir?

11-12-2009

"eBay” şirkətinə yeni rəhbər təyin olunub

14-04-2020

Facebook eBay elanlarını göstərəcək

09-01-2025

eBay, Skype-nin hissələrini satır!

04-09-2009

eBay auksionuna qarşı 3,8 milyard ABŞ dolları məbləğində iddia irəli sürülüb

15-07-2010

Şairimizin poçt markası eBay-də satışa çıxarılıb

15-08-2015

Skype-ın bəxti açılıb :)

20-04-2009

eBay-də poçt markalarımızın sayı artır

28-02-2016

Azərbaycan poçt markaları eBay-də satışa çıxarılıb

29-01-2016

“eBay” internet auksionunun mənfəəti artdı

22-07-2010

eBay mağazasının satışları kəskin sürətdə azalıb

13-03-2015

“Amazon” və “eBay”da Azərbaycan məhsullarının çeşidi artırılacaq

06-09-2022

Azexport.az portalı Azərbaycan məhsullarını “Amazon” və “eBay”- da satışa çıxarıb

25-02-2022

Bakı 2015-in atributları satışa çıxarılıb

13-08-2015

eBay hərracında Kür və Araz çayları əks olunan rəsmlər satışa çıxarılıb

30-05-2015

Azərbaycanda "eBay"in analoqu yaradılır

04-06-2021

Azərbaycanın ABŞ bazarına Amazon və eBay-la ixrac imkanları yaranıb

16-01-2023

“ABAD” məhsulları “Amazon” və “eBay”da təqdim olunub

04-04-2022

Google və Facebook nə qədər maaş verir?

31-10-2015

Azexport.az “Made in Azerbaijan” məhsullarını “Amazon” və “eBay”- də satışa çıxarıb

02-02-2022

Yeni troyan proqramı yüzlərlə “Android” tətbiqinə təhlükə yaradır

20-07-2020

“Android” sistemli smartfonların bazar payı 81 faizə çatıb

31-10-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə