Previous Next
Bağla

“EUROPA 2021” müsabiqəsində ölkəmizi təmsil edən poçt markası dövriyyəyə buraxılıb

29-06-2021 14:30
“EUROPA 2021” müsabiqəsində ölkəmizi təmsil edən poçt markası  dövriyyəyə buraxılıb

Poçt rabitəsi sahəsində Avropa Ticarət Assosiasiyası (PostEurop) “Məhv olmaq təhlükəsi ilə üzləşmiş yerli vəhşi təbiət” mövzusunda “EUROPA 2021” poçt markalarının buraxılışına qərar verib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bu mövzuda Zəngəzur Milli Parkında yaşayan nadir növ Qafqaz bəbiri (Panthera Pardus Ciscaucasica), Muflon (Ovis Orientalis) və Cənubi Qafqaz kərtənkələciyinə (Eremias Pleskei) həsr edilmiş poçt markaları dövriyyəyə buraxılıb.

Belarus Respublikasının Bobruysk şəhərində 350 min tirajla çap olunan markaların müəllifi “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubovdur.

Qeyd edək ki, Qafqaz bəbirinə həsr edilmiş poçt markası “EUROPA 2021” poçt markaları müsabiqəsində ölkəmizi təmsil edir. Qaliblər səsvermə yolu ilə müəyyən ediləcək. Mayın 9-da başlamış səsvermə 9 sentyabr tarixində başa çatacaq. Hazırda ölkəmizi təmsil edən markaya dəstək olmaq imkanımız var.

Xatırladaq ki, səs vermək üçün bu linkə ( https://europa2021.posteurop.org/#/my-vote:Azerbaijan%20 ) daxil olaraq “Your vote” xanasından Azərbaycanı seçir, sonra isə müvafiq xanalara adınızı, soyadınızı, elektron poçt ünvanınızı qeyd etmək və “Privacy Policy”ni təsdiqləməklə “Submit my vote” düyməsini sıxırsınız.

Məlumat üçün bildirək ki, zəngin bioloji müxtəlifliyə malik Zəngəzur Milli Parkı nəsli kəsilməkdə olan heyvanların sayının qorunub saxlanılması məqsədilə yaradılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qafqaz bəbirinə həsr edilmiş poçt markası “EUROPA 2021” müsabiqəsinə qatılıb

20-05-2021

Beynəlxalq müsabiqədə ölkəni təmsil edən poçt markası səsvermədə liderdir

11-09-2021

“Qədim poçt marşrutları” mövzusunda poçt markaları dövriyyəyə buraxılıb

28-07-2020

BMT-nin 75 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb

26-10-2020

Regional Rabitə Birliyinin 30 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxıldı

06-07-2021

Cahangir Cahangirovun 100 illiyi ilə bağlı poçt markası dövriyyəyə buraxılıb

26-10-2021

ADPU-nun 100 illik yubileyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb

23-12-2021

Yeni poçt markası dövriyyəyə buraxılıb

27-06-2018

Novruz bayramına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb

19-03-2019

“Qars müqaviləsi – 100 il” mövzusunda poçt markaları dövriyyəyə buraxılıb

22-09-2021

"Tokio Yay Olimpiya Oyunları – 2020" mövzusunda poçt markaları buraxılıb

23-07-2021

Mir Cəlalın 100 illiyinə həsr edilmiş poçt markası buraxılıb

16-12-2008

Telefon rabitəsinin yaranmasının 140 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb

06-12-2021

Yeni poçt markası dövriyyəyə buraxılıb

12-11-2015

Azərbaycan Memarlar İttifaqının yubileyinə həsr olunan poçt markası dövriyyəyə buraxılıb

15-10-2021

Qəzəlxan şair Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb

07-08-2020

Hacı Zeynalabdin Tağıyevin 200 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxılıb

13-12-2023

“Azərbaycan 2020” adlı poçt markaları dövriyyəyə buraxılıb

06-01-2021

"EURO 2020” mövzusunda poçt markaları bloku dövriyyəyə buraxılıb

30-07-2021

Leyla Bədirbəylinin anadan olması münasibətilə poçt markası buraxılıb

31-05-2020

Əsrin müqaviləsinə həsr olunmuş poçt markaları tədavülə buraxılıb

20-09-2019

“Zəfər Günü”nə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb

08-11-2021

Strasburqda Azərbaycan markalarının təqdimatı keçirilib

16-10-2009

Mülki Aviasiya Təşkilatının 75 illiyi münasibətilə poçt markası buraxılıb

24-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə