Previous Next
Bağla

“Gamesummit” və “OMNI AI Summit” 4000-dən çox ziyarətçini ətrafında topladı

27-10-2026 11:53
“Gamesummit” və “OMNI AI Summit” 4000-dən çox ziyarətçini ətrafında topladı

Azercell-in eksklüziv tərəfdaşlığı ilə keçən sammitlər çərçivəsində oyun sənayesinin inkişafı və süni intellektin praktiki tətbiqi diqqət mərkəzində olub

Azercell-in eksklüziv tərəfdaşlığı ilə Bakıda keçirilən “Gamesummit” və “OMNI AI Summit” beynəlxalq texnologiya şirkətlərinin nümayəndələrini, ekspertləri və sahibkarları bir araya gətirib. Sammitlərdə xüsusi stendlə təmsil olunan Azercell ziyarətçiləri rəqəmsal məhsullar portfeli çərçivəsində yeni təqdim etdiyi oyun xidmətləri ilə tanış edib.

Ümumilikdə 4 000-dən çox ziyarətçinin qatıldığı tədbirlərdə 30-dan artıq şirkət təmsil olunub. Google, Xsolla, Microsoft/Xbox, BytePlus, Wonderful AI və digər beynəlxalq şirkətlərin nümayəndələrinin iştirakı ilə oyun sənayesinin gələcəyi, texnologiya sahəsində aktual tendensiyalar və süni intellekt həllərinin biznes proseslərində tətbiqi müzakirə edilib.

Tədbirin açılışında çıxış edən Azercell-in Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova oyun xidmətləri və süni intellektin şirkətin rəqəmsal inkişaf strategiyasında mühüm yer tutduğunu vurğulayıb: “Bu gün Azercell-in hədəfi ənənəvi rabitə xidmətləri ilə yanaşı, müştərilərə yeni imkanlar qazandıran innovativ
rəqəmsal həllər təqdim etməkdir. Süni intellekt və oyun xidmətləri bu strategiyanın mühüm istiqamətlərindəndir. Məqsədimiz müştəri təcrübəsini zənginləşdirmək və Azərbaycanın rəqəmsal ekosisteminin inkişafına töhfə verməkdir”.

Azercell-in Rəqəmsal əlavə dəyər xidmətləri və tərəfdaşlıqlar şöbəsinin rəhbəri Nərgiz Tağızadə Xsolla, Burson, Recontact Games və Meridian Play şirkətlərinin nümayəndələri ilə birgə “İllüziyadan reallığa: oyun studiyaları üçün qlobal genişlənmə və dayanıqlı böyümə strategiyaları” adlı panel müzakirəsində iştirak edib. O, oyun tərtibatçıları və müstəqil studiyaların Azərbaycan bazarına çıxışında Azercell-in təqdim edə biləcəyi dəstək və tərəfdaşlıq imkanlarından danışıb, oyunların yerli dilə, mədəniyyətə və istifadəçi gözləntilərinə uyğunlaşdırılmasının əhəmiyyətini vurğulayıb. Nərgiz Tağızadə həmçinin Azercell-in 2026-cı ildən istifadəyə verdiyi oyun həlləri portfeli barədə məlumat paylaşıb. Bu çərçivədə o, ölkədə mobil balans vasitəsilə Steam hesabının artırılması imkanını təqdim edən ilk və yeganə operator olaraq Azercell-in təcrübəsindən, eləcə də Azercell tətbiqində istifadəyə verilən “Oyun Portalından” danışıb.

Qeyd edək ki, “OMNI AI Summit” çərçivəsində “Starnest Academy AI Hakatonu” da keçirilib. 500-dən çox iştirakçını bir araya gətirən hakatonda 250 komanda süni intellekt əsaslı məhsul və həllər üzərində çalışıb. Yarış süni intellektin praktiki tətbiqini təşviq etmək və yeni texnoloji ideyaların inkişafına imkan yaratmaq məqsədilə təşkil olunub.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07-10-2026
“Xsolla” və Azərbaycanın aparıcı oyun studiyaları arasında görüş keçirilib

“Xsolla” və Azərbaycanın aparıcı oyun studiyaları arasında görüş keçirilib

13-03-2025
Azercell yeni “Oyun Portalı”nı istifadəyə verir

Azercell yeni “Oyun Portalı”nı istifadəyə verir

05-10-2026
Oyun studiyaları üçün “Digital Dragons 2026”ya müraciət qəbulu başlayıb

Oyun studiyaları üçün “Digital Dragons 2026”ya müraciət qəbulu başlayıb

10-04-2026
"Xsolla" Azərbaycan texnoparkında fəaliyyət göstərəcək

"Xsolla" Azərbaycan texnoparkında fəaliyyət göstərəcək

18-09-2025
Azercell məşhur oyun platforması “Steam” ilə eksklüziv əməkdaşlığa başlayır

Azercell məşhur oyun platforması “Steam” ilə eksklüziv əməkdaşlığa başlayır

24-08-2026
Azərbaycanda ilk beynəlxaq oyun inkubasiya proqramı keçirilib

Azərbaycanda ilk beynəlxaq oyun inkubasiya proqramı keçirilib

11-08-2025
Azercell telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşulub

Azercell telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşulub

08-07-2025
CityNet GameSummit festivalının əsas tərəfdaşıdır

CityNet GameSummit festivalının əsas tərəfdaşıdır

10-06-2023
 Xsolla-IDDA İnkubasiya Proqramına start verilib

Xsolla-IDDA İnkubasiya Proqramına start verilib

01-04-2026
Azercell və ADA Universiteti tələbələr üçün süni intellekt üzrə praktiki təlim proqramı həyata keçirdi

Azercell və ADA Universiteti tələbələr üçün süni intellekt üzrə praktiki təlim proqramı həyata keçirdi

07-09-2026
Azercell 4G sürətini yeni nəsil iPhone smartfonlarında sınamağa dəvət edir 

Azercell 4G sürətini yeni nəsil iPhone smartfonlarında sınamağa dəvət edir 

01-10-2022
"Google Developers Group Games"-in dünyadakı 3-cü mərkəzi Bakıda açılıb

"Google Developers Group Games"-in dünyadakı 3-cü mərkəzi Bakıda açılıb

24-05-2021
Azercell-in rəqəmsal xidmətləri “Umico”da!

Azercell-in rəqəmsal xidmətləri “Umico”da!

09-07-2021
Oyun studiyaları üçün ilk inkubasiya proqramına qeydiyyata start verilib

Oyun studiyaları üçün ilk inkubasiya proqramına qeydiyyata start verilib

19-03-2025
Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

06-10-2026
Azercell-in dəstəyi ilə “RobotChallenge Azerbaijan 2026” başa çatıb

Azercell-in dəstəyi ilə “RobotChallenge Azerbaijan 2026” başa çatıb

16-06-2026
Azercell “iPhone 16”nı təqdim edir

Azercell “iPhone 16”nı təqdim edir

07-10-2024
Azercell-i Bakı Süni İntellekt Forumunda “Aicell” təmsil etdi

Azercell-i Bakı Süni İntellekt Forumunda “Aicell” təmsil etdi

07-06-2024
CityNet-in əsas tərəfdaşlığı ilə GameSummit festivalı keçiriləcək

CityNet-in əsas tərəfdaşlığı ilə GameSummit festivalı keçiriləcək

08-12-2023
Azercell-in tərəfdaşlığı ilə “Mələk İnvestorlar Məktəbi” layihəsi baş tutdu

Azercell-in tərəfdaşlığı ilə “Mələk İnvestorlar Məktəbi” layihəsi baş tutdu

14-11-2025
Azərbaycan “Oyun Tərtibatçıları Konfransı 2025”də təmsil olunub

Azərbaycan “Oyun Tərtibatçıları Konfransı 2025”də təmsil olunub

27-03-2025
Azercell IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellekt əsaslı həllərini təqdim edib

Azercell IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellekt əsaslı həllərini təqdim edib

05-06-2026
IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

02-06-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə