Previous Next
Bağla

“Nar” Zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd edib

07-11-2025 16:54
“Nar” Zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd edib

“Nar” ictimai fəallığı ilə seçilən 150 könüllü gənci Vətən müharibəsində qazanılan tarixi zəfərimizin 5-ci ildönümünə həsr olunan düşərgədə bir araya gətirib.

Düşərgənin məqsədi gənclərə milli dəyərləri təbliğ etmək və onların bilik və bacarıqlarının formalaşmasına yönələn tədbirlərə dəstək vermək olub.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilən “Zəfər 5 il” düşərgəsi Quba Olimpiya İdman Kompleksində təşkil edilib. Beş gün davam edən düşərgədə könüllülərin fərdi və komanda bacarıqlarının formalaşmasına dəstək vermək, birgə fəaliyyət təcrübəsi qazandırmaq istiqamətində təlimlər keçirilib. Eləcə də, gənclərə vətənpərvərlik hisslərini aşılamaq məqsədilə düşərgəyə 44 günlük Vətən müharibəsi qaziləri dəvət edilib, onların iştirakı ilə müzakirələr təşkil olunub.

Düşərgənin ikinci günü keçirilən panel müzakirələrində “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova iştirak edib. Hökümə Kərimova mobil operatorun həyata keçirdiyi davamlı sosial layihələrlə bağlı gənclərin suallarını cavablandırıb və sosial layihə təşkilatçılığı istiqamətində mobil operatorun təcrübəsini könüllülərlə bölüşüb.

Həmçinin, düşərgədə könüllü gənclərin iştirakı ilə “Zəfər 5 il” adlı fləşmob baş tutub. Bu fləşmob gənclərin Şanlı Zəfərimizə, Azərbaycan xalqının qalib ruhuna olan dərin ehtiramın rəmzi ifadəsinə çevrilib.

Qeyd edək ki, sərfəli təklifləri ilə seçilən mobil operator “Nar” özünüz korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində bir sıra milli və sosial əhəmiyyətli layihələrə dəstək olur. “Nar”ın KSM layihələri haqqında ətraflı məlumatı nar.az/projects səhifəsindən əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Nar” QHT-lərlə KSM sahəsində əməkdaşlığın gücləndirilməsinə dəstək verir

02-12-2025

“Nar” və Azərbaycan Gənclər Fondu “GəncVİZYON” layihəsinə start verir

04-02-2026

“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

18-03-2026

“Nar” və “Netty” ilin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdılar

23-12-2025

"Nar" Silahlı Qüvvələr Günü münasibətilə hərbçiləri təbrik etdi

26-06-2023

“Nar” “Bilik günü”ndə Füzuli və Tərtərdəki məktəblərə dəstək olub

15-09-2023

“Nar” şəhid övladları üçün təşkil olunan “YAŞAT” Düşərgəsinə dəstək oldu

04-08-2023

“Nar” Azərbaycan Voleybol Federasiyasının rəsmi tərəfdaşıdır

26-12-2023

“Nar” Ağdam və Füzuli məktəblərinə səfər edib 

15-09-2022

“Nar” qəbul imtahanının bitməsi münasibəti ilə abituriyentləri təbrik edir

26-07-2023

Nar gənclərə karyera qurmaqda dəstək olur

10-12-2018

“Nar” sosial məsuliyyətli biznes modelini ADA Universitetində təqdim etdi

24-11-2023

“Nar” Azərbaycan dilinə həsr olunmuş beynəlxalq simpoziuma dəstək olub

31-10-2025

Nar ictimai fəallığı ilə seçilmiş gəncləri təbrik edib

03-02-2020

“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak edib

18-05-2026

“Nar” “Baku Open 2023” Şahmat turnirinin rəsmi tərəfdaşıdır

04-05-2023

Nar triatlon üzrə “IronWind” açıq turnirinə dəstək olub

05-06-2023

“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş olub

30-04-2026

“Nar” “Breyn Rinq” yarışına dəstəyi davam etdirir

10-10-2023

“Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur

21-11-2023

Nar tələbələrin karyera qurmalarına dəstək olmaqda davam edir

11-06-2019

“YAŞAT” və “Nar” şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil edib

25-07-2025

“Nar” və AzTU bu ilin əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirib

25-02-2026

“Nar” Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində inklüziv təşəbbüsə qoşulub

08-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə