Previous Next
Bağla

“Nar” QHT-lərlə KSM sahəsində əməkdaşlığın gücləndirilməsinə dəstək verir

02-12-2025 13:44
“Nar” QHT-lərlə KSM sahəsində əməkdaşlığın gücləndirilməsinə dəstək verir

Sərfəli mobil operator “Nar” “Özəl sektorun KSM siyasətində QHT-lərin iştirakı: təcrübə və yanaşmalar” adlı konfransda korporativ sosial məsuliyyət (KSM) sahəsində milli təcrübənin inkişafı və şirkətlərlə QHT-lər arasında əməkdaşlıq imkanlarının müzakirəsində iştirak edib.

Tədbir Azərbaycan Milli QHT Forumu və “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə təşkil edilib. Üç gün davam edən tədbirdə aparıcı şirkətlər, banklar, biznes assosiasiyaları və müxtəlif sahələr üzrə ixtisaslaşmış QHT nümayəndələri iştirak ediblər. Çıxışlar zamanı KSM-in sadəcə sosial aksiyalar deyil, biznes idarəetməsinin strateji hissəsi olduğu vurğulanıb. Tədbir çərçivəsində təşkil edilən konfransda “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökumə Kərimova şirkətin KSM yanaşması, QHT-lərlə əməkdaşlıq mexanizmləri və layihələrin monitorinqi ilə bağlı təqdimatla çıxış edərək gələcək əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.

Qeyd edək ki, “Nar” KSM fəaliyyətini uzunmüddətli sosial dəyər yaratmağa yönəlik strateji istiqamət kimi inkişaf etdirir. Mobil operator inklüzivlik, təhsilin inkişafı, milli-mədəni irs və vətənpərvərlik sahəsində davamlı layihələrə dəstək verir, regionlarda sosial təşəbbüslərin genişləndirilməsinə xüsusi önəm göstərir. Şirkət QHT-lərlə əməkdaşlığı sosial layihələrin daha səmərəli həyata keçirilməsi üçün mühüm tərəfdaşlıq modeli kimi dəyərləndirir.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Nar” sosial məsuliyyətli biznes modelini ADA Universitetində təqdim etdi

24-11-2023

“Nar” Zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd edib

07-11-2025

“Nar” “Bilik günü”ndə Füzuli və Tərtərdəki məktəblərə dəstək olub

15-09-2023

“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak edib

18-05-2026

“Nar” və “Netty” ilin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdılar

23-12-2025

“Nar” Ağdam və Füzuli məktəblərinə səfər edib 

15-09-2022

“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

18-03-2026

“Nar” və Azərbaycan Gənclər Fondu “GəncVİZYON” layihəsinə start verir

04-02-2026

“Nar” Azərbaycan Voleybol Federasiyasının rəsmi tərəfdaşıdır

26-12-2023

“Nar” və AzTU bu ilin əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirib

25-02-2026

“Nar” Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində inklüziv təşəbbüsə qoşulub

08-04-2026

"Nar" NETTY 2022 milli internet mükafatının əsas tərəfdaşıdır

29-11-2022

“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş olub

30-04-2026

“Nar” “Baku Open 2023” Şahmat turnirinin rəsmi tərəfdaşıdır

04-05-2023

Nar korporativ sosial məsuliyyət layihələrini davam etdirir

26-10-2018

“Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur

21-11-2023

"Nar" Silahlı Qüvvələr Günü münasibətilə hərbçiləri təbrik etdi

26-06-2023

“Nar” Azərbaycan dilinə həsr olunmuş beynəlxalq simpoziuma dəstək olub

31-10-2025

"Nar" ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider olub

27-02-2026

“Nar”ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır

19-06-2025

“Nar”a yeni baş icraçı direktor təyin olunub

27-10-2025

“Nar” sığınacaqda yaşayan uşaqların yaradıcılıq təşəbbüsünə dəstək olub

17-02-2026

“Nar”ın tərəfdaşlıq etdiyi "Baku Open 2023" Şahmat turnirinin qalibləri bəlli oldu

16-05-2023

Nar fərqlənən tələbələri mükafatlandırdı

28-02-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə