ABŞ-nin “Nvidia” şirkətinin səhmləri “Nasdaq” birjasında əsas ticarət sessiyasından sonrakı əməliyyatlar zamanı 8,6 faiz ucuzlaşıb.
Xeberler.az məlumat verir ki, “The Wall Street Journal” qəzeti mənbələrinə istinadən şirkətin Direktorlar Şurasının yaxın vaxtlarda baş icraçı direktor Censen Huangın istefasını razılaşdıra biləcəyi barədə məlumat yayıb.
Bakı vaxtı ilə saat 03:21-ə olan məlumata görə, şirkətin səhmləri 8,65 faiz ucuzlaşaraq 158,71 dollara düşüb. Əsas ticarət sessiyasının bağlanışında isə səhmlərin qiyməti 2,87 faiz artaraq 173,73 dollar təşkil edib.
Qeyd edək ki, noyabrın 8-də “Nvidia”nın Direktorlar Şurası Censen Huang barəsində araşdırmaya başlanıldığını açıqlayıb. Şirkət rəhbəri elektron məktubunda Çinin xeyrinə casusluqda şübhəli bilinən qadınla yaxın münasibətdə olduğunu etiraf edib və hərəkətlərinə görə tam məsuliyyəti üzərinə götürdüyünü bildirib.
Çinin Xarici İşlər Nazirliyi isə Huangla əlaqəsi olan qadının Çin kəşfiyyatına işləməsi barədə iddiaları böhtan adlandırıb.
“The New York Times” qəzetinin məlumatına görə, Huangın “Nvidia”nın səhiyyə sahəsində məhsullarına cavabdeh olan vitse-prezidenti Kimberli Pauelllə də yaxın münasibəti olub.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları