Twitter-dəki problem şirkətin səhmlərini azaldıb

20-01-2016 / 12:16

Məlumat verdiyimiz kimi, dünən  bütün dünya ölkələrində  məşhur platformalardan Twitter-də ciddi problem yaşandı.

Belə ki, uzun müddət platformaya daxil olmaq mümkün olmadı.

Bunun nəticəsi olaraq Nyu-York Fond Birjasında  Twitter şirkətinin səhmləri xidmətin fəaliyyətində yaranmış qlobal problemlərlə bağlı xəbərlərdən sonra təxminən 7 faiz dəyərsizləşib.

Xeberler.az Report-a istinadən məlumat verir ki, bunu keçirilmiş hərraclar sübut edir.

Belə ki, əsas hərrac sessiyasının yekununa əsasən, şirkətin səhmləri 6,97 faiz ucuzlaşaraq, bir səhmin dəyəri 16,69 dollara düşüb.

Twitter-in qiymətli kağızlarının dəyərdən düşməsi halı son 11 hərracın 10-da müşahidə edilib. Bu müddət ərzində o, 27 faiz ucuzlaşıb.

 Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə