OIC-CERT kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığı təşviq etmək məqsədilə “OIC-CERT Qlobal Kibertəhlükəsizlik Mükafatı 2026”nı elan edib. Təşkilat Islamic Cooperation Organization çərçivəsində CERT komandalarının birliyidir.
Xeberler.az məlumat verir ki, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin nümayəndəsi layihənin əsas münsiflər heyətində təmsil olunur.
Qeyd olunub ki, 2024-cü il üzrə keçirilən seçimlərdə Azərbaycanı Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən təqdim olunan “Kiber yay məktəbi” (“Cyber Summer School”) layihəsi təmsil edib və qalib seçilib. Layihə “Tərəqqi və rifah naminə kibertəhlükəsizlikdə innovasiya” devizi altında mükafata layiq görülüb.
“OIC-CERT Mükafatı” dünyanın müxtəlif ölkələrindən innovativ kibertəhlükəsizlik layihələrini tanıyır və onların cəmiyyətin rifahına verdiyi töhfələri qiymətləndirir. Mükafat aşağıdakı əsas istiqamətləri əhatə edir:
Mükafat Komitəsi dövlət, özəl sektor, beynəlxalq və regional təşkilatlar, vətəndaş cəmiyyəti və akademik qurumları müsabiqəyə qoşulmağa dəvət edir. Təşəbbüs innovativ ideyaların və uğurlu təcrübələrin paylaşılması üçün qlobal platforma rolunu oynayır.
Qalib layihə müəllifi 1000 ABŞ dolları məbləğində pul mükafatı əldə edəcək. İştirak etmək istəyənlər https://www.oic-cert.org/en/globalaward/form ünvanına keçid edib müraciət formasını dolduraraq [email protected] elektron ünvanına göndərməlidirlər.
Müraciət üçün son tarix 31 iyul 2026-cı ildir.






Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları