Bakı və Sumqayıt dəmiryol vağzallarında, eləcə də Koroğlu nəqliyyat qovşağında quraşdırılmış “SİMA Pay” üztanıma ödəniş sistemi sərnişinlər üçün daha sürətli və rahat keçid imkanı yaradır.
Xeberler.az “Azərbaycan Dəmir Yolları” na istinadən məlumat verir ki, iki aydır istifadədə olan bu rəqəmsal həll ictimai nəqliyyatda ilk dəfə ADY tərəfindən tətbiq edilir. Sistem turniketlərdən keçidi cəmi iki saniyə ərzində həyata keçirməyə imkan verir.
Məlumata görə, “SİMA Pay” üztanıma ödəniş sistemi artıq 9 mindən çox sərnişinin rahat, sürətli və təhlükəsiz şəkildə səfər etməsinə şərait yaradıb.
ADY rəqəmsal həllərin tətbiqi ilə sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları