Previous Next
Bağla

“Startup Azərbaycan 2014” Təşkilat Komitəsinin toplantısı keçiriləcək

12-03-2014 16:08
“Startup Azərbaycan 2014” Təşkilat Komitəsinin toplantısı keçiriləcək

Martın 15-də"Startup Azərbaycan 2014" Təşkilat Komitəsinin toplantısı keçiriləcək. 
"StartupAzərbaycan"dan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən,  toplantıda cari ildə "Startup Azərbaycan" çərçivəsində keçirilməsi nəzərdə tutulan tədbirlər, Startup müsabiqəsinin elan edilməsi, Milli Konfransın təşkili, Startup Günləri ilə bağlı işlər və digər təşkilati məsələlər müzakirə olunacaq.

"Startup Azərbaycan" çərçivəsində startupçılar üçün təlimlərin, investorlarla görüşlərin və startup görüşlərinin  cari ilin mart – iyun ayları arasında keçirilməsi nəzərdə tutulub.

"StartUp Azərbaycan"layihəsinin əsas məqsədi ölkədə İKT sektorunda investisiya mühitini yaxşılaşdırmaq, ən yaxşı internet və  İT layihələrini üzə çıxarmaq,  innovativ ideyaların uğurlu biznes  sahəsinə çevrilməsinə yardım etməkdir.

İnnovativ ideya dedikdə, əsasən, informasiya texnologiyalarından effektiv istifadə edilməklə hər hansı məhsul və ya xidmətin təqdim edilməsinə yönələn fəaliyyət nəzərdə tutulur.

Təqdim edilən layihələrin son məqsədi  real biznesin qurulmasına, xidmətlərin, sosial servislərin təqdim edilməsinə yönəlməli və müştəri cəlb edilməsinəistiqamətlən­diril­məlidir.  Mümkündür ki,  hansısa mövcud biznes-ideyalar üzrə layihələr təklif olunsun, belə halda təklif olunan layihə daha effektiv innovasiyalar üzərində qurulmalıdır.

Layihələr elmi tədqiqat, araşdırma  tipli olmamalıdır. Bu tip layihələr "StartUp Azərbaycan" çərçivəsində keçirilən müsabiqə və digər yarışmalara qəbul edilmir.  
Biznes layihələri bir və ya bir neçə nəfərdən ibarət olan komanda tərəfindən verilə bilər.
Müsabiqəyə həm qlobal və həm də  yerli şəraitdə istifadə oluna biləcək layihələr verilə bilər.
"StartUp Azərbaycan" çərçivəsində yarışmalarda iştirak edən startupların ekspert qiymətləndirilməsi təşkil olunur.

"StartUp Azərbaycan" yalnız yarışmadan ibarət deyildir. Layihə çərçivəsində startapçılarüçün təlimlər  təşkil olunur, investorlarla görüşlər keçirilir. Startaplara komanda formalaşdırmağa köməklik göstərilir.  İnternet-biznesə başlamaq istəyənlər üçün layihə çərçivəsində keçirilən təlimlərdə uğurlu bizneslə bağlı bilik və təcrübə əldə etmək imkanları yaradılır.

"StartUp Azərbaycan" uğurlu internet layihələrinə maliyyə, dəstək əldə olunmasına, investorlarla görüşlərə, yerli və xarici ekspertlərin dəstəyi ilə təcrübə keçmələrinə  yardım edir.  
"StartupAzərbaycan" öz yeni  internet-biznesini yaratmaq istəyənlərə  arzularının gerçəkləşdirilməsi, sərmayə tapılması, biznesin idarə edilməsi  istiqamətində yardımçı olmağı düşünür.(ICTnews)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Startup Azərbaycan” layihəsi çərçivəsində “Startup Məktəbi”nin yaradılması nəzərdə tutulub

18-10-2013

StartUp Azərbaycan Layihəsi fəaliyyətə başlayır

19-03-2013

Yeməkləriniz USB ilə isti qalsın!!!

06-12-2008

“Ağıllı” telefon sahibləri “Photoshop”dan istifadə edə biləcəklər

28-02-2013

“Google” ABŞ-da mağazalar şəbəkəsi açır

19-11-2013

İnternetdə ən populyar Azərbaycan sözünü tapan YUMROO istifadəçisi bəlli oldu!!!

02-03-2009

Samsung şirkəti məhsul istehsalında daha keyfiyyətli və cızılmayan şüşələrdən istifadə edəcək

26-10-2013

Azərbaycanda ilk dəfə sığorta polislərinin online satışı həyata keçirilir

01-05-2009

Yüksək Texnologiyalar Parkında Startup Azərbaycan tərəfindən“Startup Bakı”toplantısı keçiriləcək

22-04-2014

“E-qəbul sistemləri və digər e-hökumət alətləri” mövzusunda seminar təşkil ediləcək

27-02-2013

Azərbaycan Prezidentinin rəsmi saytının “Android” əməliyyat sistemi üçün mobil əlavəsi istifadəyə verilib

23-04-2013

Saytların sayı 650 milyona çatıb

03-04-2013

Smartfonların hansı qüsurları var?

05-04-2012

Ən təhlükəsiz brauzerlər məlum olub

16-03-2013

Ölkənin internet xidmətləri bazarında hansı provayder liderdir?

04-11-2013

Rumıniyanın 4 İKT şirkəti Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır

15-03-2013

Nintendoda Disney Land

12-11-2008

Ən keyfiyyətli internet Yaponiyadadır

18-09-2008

Startup Azərbaycan ADA toplantısı keçiriləcək

30-04-2014

“Dilmanc” mətnin səsləndirilməsi sisteminin yeni versiyasını istifadəyə verib

28-03-2013

Gənclər yeni ideyalarını “Onlayn fikir bankı”nda yerləşdirə biləcəklər

27-11-2013

Opera Azərbaycan dilinə Tərcümə oluna bilər

02-05-2009

2014-cü il üçün “Elektron Təhsil” müsabiqəsi başlayır

13-05-2014

Azərbaycan internet xidmətləri provayderlərinin reytinqinə yeni provayder daxil olub

04-04-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə