Previous Next
Bağla

StartUp Azərbaycan Layihəsi fəaliyyətə başlayır

19-03-2013 13:32
StartUp Azərbaycan  Layihəsi fəaliyyətə başlayır
StartUp Azərbaycan  Təşkilat Komitəsi bildirir ki, 19 mart tarixdən etibarən StartUp Azərbaycan  Layihəsinə start verilir və milli StartUp-ların qeydiyyatına başlanır.

StartUp Azərbaycan Layihəsinin əsas məqsədi ölkədə İKT sektorunda investisiya mühitini yaxşılaşdırmaq, ən yaxşı İnternet və  İT layihələrini üzə çıxarmaq,  innovativ ideyaların uğurlu biznes  sahəsinə çevrilməsinə yardım etməkdir.

Təqdim edilən İnternet Layihələrin son məqsədi  real İnternet biznesin qurulmasına, xidmətlərin, sosial servislərin   təqdim edilməsinə yönəlməli və müştəri cəlb edilməsinə istiqamətlənməlidir.  Mümkündür ki,  hansısa mövcud biznes-ideyalar üzrə Layihələr təklif olunsun, belə halda təklif olunan yeni layihə daha effektiv innovasiyalar üzərində qurulmalıdır.

Layihələr elmi –tədqiqat, araşdırma  tipli olmamalıdır. Bu tip layihələr StartUp Azərbaycan çərçivəsində keçirilən müsabiqə və digər yarışmalara qəbul edilmir.  
Biznes layihələr bir və ya bir neçə nəfərdən ibarət olan komanda tərəfindən verilə bilər.

StartUp-ların qeydiyyatı 19 Mart tarixdən başlanır və  cari ilin May ayının birinci yarısında  yekunlaşır. Yarışma 2 mərhələdə həyata keçirilir.  May ayının 2-ci yarısında  Yarımfinalçılar müəyyən olunur.  Yarımfinalçılar  15 gün müddətində biznes-planları təqdim edirlər.  Qaliblər  Yekun təqdimat mərasimində elan olunur.  Təqdimat mərasiminin Iyun ayının sonunda keçirilməsi nəzərdə tutulur.
StartUp Azərbaycan çərçivəsində yarışmalarda iştirak edən StartUp-ların ekspert qiymətləndirilməsi təşkil olunur. Ekspertlər İT, maliyyə və marketinq sahəsində tanınmış təcrübəli mütəxəssislərdən ibarət olmaqla StartUp Azərbaycan tərəfindən formalaşdırılıb. Ekspertlərin dəyərləndirməsi əsasında 1-ci mərhələdə Yarımfinalçılar müəyyən olunur  və onların təqdim etdikləri biznes-planlar əsasında məhdud sayda qaliblər müəyyən olunur. Qaliblər investorlar qarşısında öz StartUp-larının təqdimatlarını edirlər. 
Ekspertlər özlərinə aid olan StartUp-ların qiymətləndirilməsində iştirak etmirlər.
StartUp Azərbaycan komandası  Layihənin yekununda uğurlu hesab edilən qalib StartUp-ları investorlara və digər Fondlara  təqdim edir.

StartUp Azərbaycan yalnız yarışmadan ibarət deyildir. Layihə çərçivəsində Startupçılar üçün təlimlər, StartUp Kamp-ları  təşkil olunur, investorlarla görüşlər keçirilir.  Yerli və xarici ekspertlərin dəstəyi ilə StartUp-lara  təcrübə keçmələrinə  yardım edir.  StartUp-lara komanda formalaşdırmağa köməklik göstərilir.  

StartUp Azərbaycan Layihəsinə  Rabitə və İnformasiya Texnologiyaları nazirliyi dəstək verir. StartUp Azərbaycan –nın Baş sponsoru Bakcell şirkətidir.  
Microsoft, İnfi Pro şirkətləri də StartUp Azərbaycanın sponsorlarıdır.
Geniş məlumat : www.startup.az  

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Startup Azərbaycan 2014” Təşkilat Komitəsinin toplantısı keçiriləcək

12-03-2014

“Startup Azərbaycan 2014” layihəsinə start verildi

18-04-2014

Startup Azərbaycan Yarımfinalçıları seçilib

03-06-2013

Startup Azərbaycan Müsabiqəsində səsvermənin 2-ci mərhələsi başlayıb

21-06-2013

Milli Startupların qeydiyyat müddəti uzadılıb

07-05-2013

Startup Azərbaycan Yarımfinalçıları seçilib.

10-06-2014

Milli Startupların qeydiyyatı başa çatıb və ilkin səsvermə başlanıb

22-05-2013

Startup Azərbaycan SUMQAYIT Toplantısı keçirilib

29-04-2013

İnternet - biznes sahəsində investisiya mühiti və milli StartUplar mövzusunda Konfrans keçiriləcək

03-04-2013

Milli Startupların qeydiyyatı başa çatıb

21-05-2014

Startup Azərbaycan müsabiqəsinə 28 startup buraxıldı

26-05-2014

"Startup Azərbaycan 2015" başlayır

31-01-2015

Milli startuplarla bağlı maraqlı tədbirlər gözlənilir

29-05-2013

Startup Günləri keçiriləcək

15-10-2013

Startup Azərbaycan ADA toplantısı keçiriləcək

30-04-2014

Milli StartUpların qeydiyyatına başlanıb

27-03-2013

Startup Azərbaycan Müsabiqəsində iştirak edən startupçılar üçün Təlimlər keçiriləcək

30-05-2014

Bakıda Startup Günləri keçirilir

07-11-2013

Startup Azərbaycan yarımfinalçıları ekspertlər qarşısında təqdimatlar ediblər

24-06-2013

“Startup Azərbaycan” layihəsi çərçivəsində “Startup Məktəbi”nin yaradılması nəzərdə tutulub

18-10-2013

Startup Azərbaycan Memorandum imzaladı və Təlim keçdi

10-06-2013

Startup Azərbaycan fevralın 1-dən başlayacaq

27-01-2015

Yüksək Texnologiyalar Parkında Startup Azərbaycan tərəfindən“Startup Bakı”toplantısı keçiriləcək

22-04-2014

Startup Azərbaycan SUMQAYIT Toplantısı keçirilib

05-05-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə