Previous Next
Bağla

“Türk dünyası startap ekosistemi”nin formalaşdırılması müzakirə olunub

19-06-2026 12:08
“Türk dünyası startap ekosistemi”nin formalaşdırılması müzakirə olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Türkiyə Prezident Administrasiyasının İnvestisiya və Maliyyə İdarəsinin Maliyyə Departamentinin rəhbəri Dr. Tarık Akın, "Invest in Türkiye"nin şöbə müdiri Abdurrahman Arslan və qurumun nümayəndələri Dilruba Nur Dilmaç Fakıya və Mehmet Zahid Soytürk ilə görüş keçirilib.

Xeberler.az bildirir ki, görüşdə İİTKM-nin “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov, Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri İlyas Hüseynov və “Enterprise Azerbaijan” portalının layihə meneceri Aydan Hüseynzadə iştirak ediblər.

Görüşün əsas məqsədi Türk Dövlətləri arasında innovasiya, texnologiya sahibkarlığı və investisiya əməkdaşlığının genişləndirilməsinə xidmət edəcək “Türk dünyası startap ekosistemi” təşəbbüsü ətrafında fikir mübadiləsi aparmaq olub.

Müzakirələr zamanı İsa Qasımov “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Beş qitə – 500 Startap” qlobal innovasiya proqramı, əldə olunan nəticələr, formalaşdırılmış beynəlxalq tərəfdaşlıq şəbəkəsi və qlobal işgüzar əlaqələr barədə ətraflı məlumat verib. Daha sonra qonaqlara həmin təcrübə əsasında hazırlanmış “Türk dünyası startap ekosistemi” təşəbbüsü təqdim olunub.

Bildirilib ki, təşəbbüsün məqsədi Türk dövlətlərinin innovasiya ekosistemləri, startapları, investorları, texnologiya parkları, universitetləri və digər aidiyyəti qurumları arasında davamlı əməkdaşlıq platformasının formalaşdırılması, qarşılıqlı təcrübə mübadiləsinin təşviqi və regional innovasiya əməkdaşlığının gücləndirilməsidir.

Türkiyə tərəfi təqdim olunan təklifləri maraqla qarşılayaraq, təşəbbüsün bir sıra istiqamətlərinin ölkələrinin innovasiya və sahibkarlıq sahəsindəki prioritetləri ilə uyğunluq təşkil etdiyini qeyd edib.

Müzakirələrin yekununda birlikdə təşəbbüs üzrə birgə ilkin konsepsiya sənədinin hazırlanmasının məqsədəuyğun olduğu vurğulanıb. Həmçinin qeyd olunub ki, konsepsiya sənədi formalaşdırıldıqdan sonra təşəbbüsün Türk Dövlətləri Təşkilatının aidiyyəti strukturları ilə müzakirəyə çıxarılaraq yekun sənədin formalaşmasına nail olunacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
"Enterprise Azerbaijan" Özbəkistan Ticarət və Sənaye Palatasında təqdim olunub

"Enterprise Azerbaijan" Özbəkistan Ticarət və Sənaye Palatasında təqdim olunub

05-06-2026
“Enterprise Azerbaijan” və “Astana Hub” arasında əməkdaşlıq qurulur

“Enterprise Azerbaijan” və “Astana Hub” arasında əməkdaşlıq qurulur

04-06-2026
İİTKM nümayəndələri Qətərin investisiya şirkəti ilə görüşüb

İİTKM nümayəndələri Qətərin investisiya şirkəti ilə görüşüb

15-08-2025
“Azexport” Qazaxıstanın dövlət qurumları ilə layihələr keçirəcək

“Azexport” Qazaxıstanın dövlət qurumları ilə layihələr keçirəcək

31-10-2025
“Enterprise Azerbaijan”nın rəhbəri Azərbaycanın startap imkanlarından danışıb

“Enterprise Azerbaijan”nın rəhbəri Azərbaycanın startap imkanlarından danışıb

22-08-2025
"Enterprise Azerbaijan"nın rəhbəri Özbəkistanda bir sıra görüşlər keçirib

"Enterprise Azerbaijan"nın rəhbəri Özbəkistanda bir sıra görüşlər keçirib

25-08-2025
Kankəndidə “Startup School” keçirilib

Kankəndidə “Startup School” keçirilib

03-03-2026
"Enterprise Azerbaijan" və "Licorne Gulf Qatar" arasında Memorandum imzalanıb

"Enterprise Azerbaijan" və "Licorne Gulf Qatar" arasında Memorandum imzalanıb

17-09-2025
“Enterprise Azerbaijan” beynəlxalq əməkdaşlıq görüşündə təmsil olunub

“Enterprise Azerbaijan” beynəlxalq əməkdaşlıq görüşündə təmsil olunub

28-01-2026
“Startup School 3” layihəsi müzakirə edilib

“Startup School 3” layihəsi müzakirə edilib

27-02-2025
ADPU-da “Startup School 4” layihəsi təqdim edilib

ADPU-da “Startup School 4” layihəsi təqdim edilib

16-04-2026
“Startup School 3” çərçivəsində memorandum imzalanıb

“Startup School 3” çərçivəsində memorandum imzalanıb

21-06-2025
AMEA-da “Startup School 3” layihəsi təqdim edilib

AMEA-da “Startup School 3” layihəsi təqdim edilib

14-05-2025
“Enterprise Azerbaijan” yeni startap məktəbinin infosessiyalarına başlayır

“Enterprise Azerbaijan” yeni startap məktəbinin infosessiyalarına başlayır

21-04-2025
"Startup School 3" layihəsinin açılış mərasimi  keçirilib

"Startup School 3" layihəsinin açılış mərasimi keçirilib

08-08-2025
İİTKM-in rəhbəri Creative Spark layihəsinin konfransında iştirak edib

İİTKM-in rəhbəri Creative Spark layihəsinin konfransında iştirak edib

04-09-2019
İİTKM “Startup School 3” layihəsinə start verir

İİTKM “Startup School 3” layihəsinə start verir

16-04-2025
Startap məktəbinin xarici mentorları ilə görüş keçirilib

Startap məktəbinin xarici mentorları ilə görüş keçirilib

09-02-2023
Milli Aviasiya Akademiyasında “StartUp School” layihəsi təqdim olunub

Milli Aviasiya Akademiyasında “StartUp School” layihəsi təqdim olunub

06-03-2023
İİTKM-də yeni kadr təyinatları olub

İİTKM-də yeni kadr təyinatları olub

20-02-2025
“Enterprise Azerbaijan” portalının “Startup School” layihəsinin qalibləri məlum olub

“Enterprise Azerbaijan” portalının “Startup School” layihəsinin qalibləri məlum olub

19-05-2023
“Startup School 2” layihəsinin final mərhələsi keçiriləcək

“Startup School 2” layihəsinin final mərhələsi keçiriləcək

05-12-2024
“StartUp School 2 – AI for Green Solidarity” layihəsinin “Məzun Günü” keçirilib

“StartUp School 2 – AI for Green Solidarity” layihəsinin “Məzun Günü” keçirilib

06-12-2024
Vüsal Qasımlı “Mathias Corvinus Collegium” Universitetinin nümayəndələrini qəbul  edib

Vüsal Qasımlı “Mathias Corvinus Collegium” Universitetinin nümayəndələrini qəbul edib

24-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə