«Azerfon» şirkəti yeni «Nar Mobile» Mərkəzi açıb

21-04-2009 / 18:07

Azərbaycanın sayca üçüncü mobil rabitə operatoru olan «Azerfon» MMC («Nar Mobile» ticarət nişanı) Şirvan şəhərində yeni «Nar Mobile» Mərkəzini istifadəyə verib.

Şirkətdən verilən məlumata görə, yeni «Nar Mobile» Mərkəzi Şirvan şəhəri, Energetika küçəsi,7 ünvanında yerləşir. Mərkəzdə abunəçilər «Nar Mobile» şəbəkəsinə qoşula, yüksək səviyyəli müştəri xidmətlərindən yararlana və ya təqdim olunan geniş çeşidli xidmətlər və tarif planları haqqında ətraflı məlumat əldə edə bilərlər.

Hazırda şirkətin Bakı, Şəki, Naxçıvan, Lənkəran, Gəncə, Sumqayıt və Şirvan şəhərlərində 12 «Nar Mobile» Mərkəzi fəaliyyət göstərir. Sabirabad, Xaçmaz və Mingəçevirdə də yeni «Nar Mobile» Mərkəzlərinin açılışı gözlənilir. Bundan başqa, «Nar Mobile»ın Azərbaycanda 600-dən artıq rəsmi diler və distribyutor mağazalarından ibarət geniş satış şəbəkəsi fəaliyyət göstərir.

Qeyd edək ki, 2007-ci ildən fəaliyyət göstərən «Nar Mobile» şirkəti ölkənin 80% ərazisini əhatə edir. Hazırda şirkətin 1,2 mln. abunəçisi mövcuddur.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.