«Azercell» daha 4 beynəlxalq MMS rouminq sazişi bağlayıb

07-05-2009 / 15:18

Azərbaycanın aparıcı mobil rabitə operatoru «Azercell Telecom» şirkəti daha 4 xarici operatorla beynəlxalq MMS rouminq üzrə əməkdaşlıq sazişi imzalayıb.

Şirkətdən verilən məlumata görə, bu, Gürcüstanın «Magticom», Finlandiyanın «Telia Sonera», Latviyanın «Bite», Misirin «Mobinil» mobil rabitə operatorlarıdır. «Azercell» ilk dəfə 2007-ci ilin aprel ayında Azərbaycanda beynəlxalq MMS rouminq xidmətini istifadəyə verib.

Xatırladaq ki, «Azercell» indiyə kimi 68 ölkənin 164 operatoru ilə GPRS/MMS müqaviləsi imzalayıb.Hazırda «Azercell» şirkəti 38 ölkədə 50 mobil şəbəkə operatoru ilə MMS xidmətinə qoşulub.

Qeyd edək ki, hazırda «Azercell»in abunəçi bazası 3,5 mln-dan artıqdır, şirkətin şəbəkəsi isə Azərbaycan əhalisinin 99,6%-ni və ərazisinin 80%-ni əhatə edir.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.