Previous Next
Bağla

“Azərkosmos”un mühəndisləri yeni cihaz hazırlayıblar

23-09-2026 13:38
“Azərkosmos”un mühəndisləri yeni cihaz hazırlayıblar

AZCON Holding şirkətlərindən olan “Azərkosmos”un mühəndisləri kiçik peyklərin və peyk komponentlərinin ölkə daxilində sınaqdan keçirilməsinə imkan verən Termal-Vakuum Kamerasını (TVAC – Thermal Vacuum Chamber) layihələndirib və istehsal ediblər.

Xeberler.az məlumat verir ki, termal-vakuum sistemləri ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA), Avropa Kosmik Agentliyi (ESA), Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA), Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) kimi dünyanın aparıcı kosmik qurumlarının, həmçinin kosmik şirkətlərin peyk və kosmik avadanlıqlarının sınaq infrastrukturunun ayrılmaz hissəsidir. Sistemin Azərbaycanda yerli mühəndislər tərəfindən hazırlanması isə bu sınaq imkanlarının ölkə daxilində formalaşdırılması istiqamətində mühüm addımdır.

“Azərkosmos”un tədqiqat və inkişaf üzrə mühəndisləri tərəfindən hazırlanan sistemin ərsəyə gətirilməsi səkkiz ay davam edib. “AITvac 03” adlı cihaz zəruri sınaqlardan uğurla keçib və kiçik peyklərin, onların alt sistemlərinin, eləcə də müxtəlif kosmik aparat komponentlərinin orbitə buraxılmazdan əvvəl termal və vakuum şəraitinə uyğunluğunun, etibarlılığının, həmin şəraitdə funksionallığının yoxlanılması üçün nəzərdə tutulub.

Sistem “ISO 19683:2026”, Avropa Kosmik Standartlaşdırma Əməkdaşlığının (ECSS) və NASA-nın Ümumi Ətraf Mühit Verifikasiyası Standartının (GEVS) müvafiq sınaq standartlarının tələblərinə cavab verərək hazırlanıb. Belə ki, cihaz, -80°C-dən +100°C-dək standart temperatur diapazonunda olan və 1×10⁻⁵ mbaradək (yüz mində bir millibar) təzyiqli yüksək vakuum şəraiti yarada bilir. Bu, Yer səthindəki normal atmosfer təzyiqi ilə müqayisədə təxminən 100 milyon dəfə aşağı təzyiq deməkdir və müasir raket operatorlarının tələblərinə uyğunluğu tələb edir.

Cihazın və uyğun proqram təminatının hazırlanması Azərbaycanda kosmik sistemlərin sınağı üçün yerli imkanların genişlənməsinə və bu sahədə mühəndislik potensialının inkişafına töhfə verir, eyni zamanda, xarici sınaq mərkəzlərindən asılılığın azalmasına şərait yaradır.

Məhsul, həmçinin universitetlər, tədqiqat qurumları, tələbələr və gənc mühəndislər üçün peyklərin və onların komponentlərinin sınaqdan keçirilməsi, tədqiqat layihələrinin həyata keçirilməsi və praktiki bacarıqların inkişafı baxımından yeni imkanlar yaradır. Formalaşan bu potensial gələcəkdə kosmik avadanlıqların sınağı üzrə xidmətlərin yerli və beynəlxalq tərəfdaşlara təqdim edilməsi, yeni əməkdaşlıqların qurulması və fərdiləşdirilmiş texniki həllərin hazırlanması üçün də imkan yaradır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
"Azərkosmos"un Akademiyası Beynəlxalq Kosmik Təhsil Məşvərət Şurasının üzvü seçilib

"Azərkosmos"un Akademiyası Beynəlxalq Kosmik Təhsil Məşvərət Şurasının üzvü seçilib

15-07-2026
Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

20-09-2022
Azərkosmos  yeni   tədqiqatlar üçün  anlaşma memorandumu imzalayıb

Azərkosmos yeni tədqiqatlar üçün anlaşma memorandumu imzalayıb

23-11-2015
 Yerüstü kosmik infrastruktur üçün xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq

Yerüstü kosmik infrastruktur üçün xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq

11-05-2023
Hindistan Kosmik Tədqiqatlar Təşkilatı 23 xarici peyk buraxacaq

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı 23 xarici peyk buraxacaq

28-09-2015
Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi başlayır

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi başlayır

02-10-2023
“Blue Ghost” kosmik aparatı Aya eniş edib

“Blue Ghost” kosmik aparatı Aya eniş edib

03-03-2025
Azərbaycan İsrail şirkətləri ilə yeni optik müşahidə peyk layihələrinin icrasına başlayıb

Azərbaycan İsrail şirkətləri ilə yeni optik müşahidə peyk layihələrinin icrasına başlayıb

11-05-2023
“Azərkosmos” İtaliya Aerokosmik Agentliyi ilə əməkdaşlıq edəcək

“Azərkosmos” İtaliya Aerokosmik Agentliyi ilə əməkdaşlıq edəcək

25-02-2020
Birləşmiş Krallığın Kosmik Agentliyi ilə Azərkosmos-un əməkdaşlığının perspektivləri müzakirə olunub

Birləşmiş Krallığın Kosmik Agentliyi ilə Azərkosmos-un əməkdaşlığının perspektivləri müzakirə olunub

21-02-2019
NASA Azərbaycanda tədqiqatlar aparmaq istəyir

NASA Azərbaycanda tədqiqatlar aparmaq istəyir

03-10-2023
NASA növbəti heyəti Beynəlxalq Kosmik Stansiyaya göndərəcək

NASA növbəti heyəti Beynəlxalq Kosmik Stansiyaya göndərəcək

12-02-2026
Azərbaycan “CanSat” müsabiqəsində birinci yerə layiq görülüb

Azərbaycan “CanSat” müsabiqəsində birinci yerə layiq görülüb

14-07-2025
ABŞ kosmosa məxfi kosmik gəmi göndərir

ABŞ kosmosa məxfi kosmik gəmi göndərir

20-05-2015
Azərbaycanda yeni peyklərin istehsalı mərkəzinin yaradılması planlaşdırılır

Azərbaycanda yeni peyklərin istehsalı mərkəzinin yaradılması planlaşdırılır

11-05-2023
Azərkosmos və Braziliyanın Kosmik Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Azərkosmos və Braziliyanın Kosmik Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

22-11-2023
JAXA: "Azərbaycanın “Artemis” Ay proqramına qoşulmasını istəyərdik"

JAXA: "Azərbaycanın “Artemis” Ay proqramına qoşulmasını istəyərdik"

03-10-2023
Yaponiyada yeni kosmik raketin sınağı təxirə salınıb

Yaponiyada yeni kosmik raketin sınağı təxirə salınıb

27-11-2024
Azərbaycanda Kosmik Aparatların İnkişafı Mərkəzi tikiləcək

Azərbaycanda Kosmik Aparatların İnkişafı Mərkəzi tikiləcək

21-10-2025
"Azərkosmos" və ARCEP Anlaşma Memorandumu imzalayıb

"Azərkosmos" və ARCEP Anlaşma Memorandumu imzalayıb

29-01-2026
Azərbaycanlı gənclərin kosmik elmi platformada sessiyaları davam edir

Azərbaycanlı gənclərin kosmik elmi platformada sessiyaları davam edir

16-10-2024
Azerspace-1 peykinin şəkilləri teleskop ilə çəkiləcək

Azerspace-1 peykinin şəkilləri teleskop ilə çəkiləcək

16-04-2016
Hindistan və “SpaceX”in birgə kosmik missiyası yenidən təxirə salınıb

Hindistan və “SpaceX”in birgə kosmik missiyası yenidən təxirə salınıb

11-06-2025
NASA-nın kosmik gəmisi ilə əlaqəsi kəsilib

NASA-nın kosmik gəmisi ilə əlaqəsi kəsilib

02-10-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə