Previous Next
Bağla

Rəqəmsal platformada dövlət-vətəndaş məmnuniyyətinin kibersuverenliyə təsiri tədqiq olunur

23-09-2026 13:35
Rəqəmsal platformada dövlət-vətəndaş məmnuniyyətinin kibersuverenliyə təsiri tədqiq olunur

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda “Dövlət-vətəndaş qarşılıqlı məmnuniyyətinin ölkənin kibersuverenliyinə təsirinin qiymətləndirilməsi” mövzusunda müzakirələr aparılıb.

Xeberler.az məlumat verir ki, institutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Günay İskəndərli çıxış edərək rəqəmsal dövlət mühitində dövlət-vətəndaş qarşılıqlı məmnuniyyətinin kibersuverenliyin təmin olunmasındakı rolundan bəhs edib.

G.İskəndərli bildirib ki, mövcud yanaşmalar əsasən vətəndaşların dövlət xidmətlərindən məmnunluğunun qiymətləndirilməsinə yönəlmişdir. O, dövlət-vətəndaş münasibətlərinin obyektiv qiymətləndirilməsi üçün hər iki tərəfin mövqeyinin nəzərə alınmasının mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Məruzəçi diqqətə çatdırıb ki, tədqiqat çərçivəsində vətəndaş məmnunluğunun ölçülməsində istifadə edilən mövcud yanaşma və göstəricilər analiz olunub. Eyni zamanda, konstitusiyada təsbit olunmuş dövlətin hüquq və öhdəlikləri, eləcə də vətəndaşın hüquq və vəzifələri əsasında dövlət-vətəndaş qarşılıqlı məmnunluğunun qiymətləndirilməsinə dair konseptual model təklif edilib. Bu model qarşılıqlı münasibətləri hər iki tərəfin hüquq və məsuliyyətləri kontekstində kompleks şəkildə təhlil etməyə imkan verir.

Onun sözlərinə görə, dövlət və vətəndaş arasında qarşılıqlı məmnunluğun təmin edilməsi etimadın möhkəmlənməsinə, idarəetmənin səmərəliliyinə və kibersuverenliyin gücləndirilməsinə mühüm töhfə verir. Bununla yanaşı, tərəflər arasındakı narazılıq dövlətin təhlükəsizliyinə və idarəetmə proseslərinin keyfiyyətinə mənfi təsir göstərə bilər.

Daha sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev çıxış edərək tədqiqatın aktuallığını və elmi əhəmiyyətini vurğulayıb. Alim qeyd edib ki, rəqəmsal transformasiyalar nəticəsində dövlət idarəetməsinin müxtəlif istiqamətləri üzrə böyük həcmdə məlumatlar toplanır və bu məlumatların təhlili vətəndaşların dövlət xidmətlərindən məmnunluq səviyyəsinin daha obyektiv qiymətləndirilməsinə imkan yaradır. Akademikin sözlərinə görə, dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasının əsas şərtlərindən biri idarəetmə proseslərinin obyektiv göstəricilər əsasında qiymətləndirilməsi və vətəndaşlardan daxil olan əks-əlaqənin sistemli şəkildə təhlil edilməsidir.

Akademik Rasim Əliquliyev, həmçinin rəqəmsal transformasiya şəraitində dövlət-vətəndaş münasibətlərinin kompleks qiymətləndirilməsinin kibertəhlükəsizliyin möhkəmləndirilməsi və kibersuverenliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib, tədqiqatın davam etdirilməsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
E-idarəetmənin səmərəliliyinin artırılmasına dair tədqiqatlar aparılacaq

E-idarəetmənin səmərəliliyinin artırılmasına dair tədqiqatlar aparılacaq

03-02-2025
Kibersuveren dövlətin formalaşdırılması üzrə konseptual yanaşmalar işlənilir

Kibersuveren dövlətin formalaşdırılması üzrə konseptual yanaşmalar işlənilir

03-07-2025
Rəqəmsal dövlət platformasında sosial kreditin qiymətləndirilməsinə dair araşdırmalar aparılır

Rəqəmsal dövlət platformasında sosial kreditin qiymətləndirilməsinə dair araşdırmalar aparılır

07-05-2026
"Rəqəmsal dövlət kontekstində kibersuverenlik" müzakirə olunub

"Rəqəmsal dövlət kontekstində kibersuverenlik" müzakirə olunub

25-09-2025
Rəqəmsal dövlətin intellektuallaşdırılması problemləri tədqiq olunur

Rəqəmsal dövlətin intellektuallaşdırılması problemləri tədqiq olunur

20-04-2026
Elektron dövlət mühitində paylanmış smart OLAP sisteminin modeli işlənilir

Elektron dövlət mühitində paylanmış smart OLAP sisteminin modeli işlənilir

16-11-2024
Milli kibertəhlükəsizlik ekosisteminin formalaşmasının elmi problemləri araşdırılır

Milli kibertəhlükəsizlik ekosisteminin formalaşmasının elmi problemləri araşdırılır

13-04-2026
Dövlət kibersuverenliyinə dair elmi konfrans keçiriləcək

Dövlət kibersuverenliyinə dair elmi konfrans keçiriləcək

29-01-2026
Rəqəmsal dövlətin kibersuverenliyinə dair elmi-tədqiqat müzakirə edilib

Rəqəmsal dövlətin kibersuverenliyinə dair elmi-tədqiqat müzakirə edilib

20-10-2025
e-dövlət xidmətlərinin qiymətləndirilməsi üçün metodlar işlənilib

e-dövlət xidmətlərinin qiymətləndirilməsi üçün metodlar işlənilib

28-12-2020
İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

24-12-2024
Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

04-02-2026
“Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” müzakirə edilib

“Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” müzakirə edilib

10-03-2026
Rəqəmsal kriminalistikanın aktual elmi problemləri araşdırılır

Rəqəmsal kriminalistikanın aktual elmi problemləri araşdırılır

05-01-2026
Elektron dövlət mühitində Azərbaycan dilinin ekosisteminin yaradılması müasir dövrün tələbidir

Elektron dövlət mühitində Azərbaycan dilinin ekosisteminin yaradılması müasir dövrün tələbidir

16-12-2024
Yaşıl və rəqəmsal transformasiyalara həsr olunmuş konfrans başa çatıb

Yaşıl və rəqəmsal transformasiyalara həsr olunmuş konfrans başa çatıb

11-11-2024
İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025
Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

10-03-2025
Kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin monitorinqi müzakirə olunub

Kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin monitorinqi müzakirə olunub

28-04-2025
İnformasiya Texnologiyaları İnstitutunda seminar keçirilib

İnformasiya Texnologiyaları İnstitutunda seminar keçirilib

21-06-2025
Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

11-12-2024
Gizli sosial şəbəkələrin aşkarlanması müzakirə edilib

Gizli sosial şəbəkələrin aşkarlanması müzakirə edilib

28-10-2016
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması mövzusunda seminar keçirilib

Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması mövzusunda seminar keçirilib

12-05-2025
Kibersuveren rəqəmsal dövlətin formalaşdırılması araşdırılır

Kibersuveren rəqəmsal dövlətin formalaşdırılması araşdırılır

18-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə