«Computerworld»: Dünya maliyyə böhranı İKT bazarına ciddi təsir göstərəcək

09-01-2009 / 18:49

 

  Dünya iqtisadi böhranın nəticəsində İKT sektorunda mal və xidmətlər bazarında bəzi təkliflərin yox olacağı proqnozlaşdırılır.

  «APA-ECONOMICS»in məlumatına görə, «Computerworld» nəşrinin jurnalistləri maliyyə böhranının sonunda nələrin yox olması ehtimalları haqqında xüsusi araşdırma aparıblar. Belə ki, «Computerworld»ın versiyalarına əsasən, böhran nəticəsində dünya İKT bazarından pulsuz texniki dəstək, pullu Wi-Fi, simli telefonlar, biznes plansız şirkətlər, «Silikon Vadisi»də şirkətlərin əksəriyyəti, «Palm Inc.» şirkəti, «Yahoo!», pərakəndə ticarət obyektlərinin yarısı, peyk radiosu və s. tamamilə yoxa çıxa bilər.

  Sonda ekspertlər tərəfindən qeyd olunur ki, böhrandan sonra dünyanı yeni iqtisadiyyat və yeni yüksəliş tendensiyaları gözləyir.

 

xeberler.az/Ellada


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.