Milli İnternet Mükafatı - MilliNet2026 müsabiqəsinə 01 oktaybr 2026-cı il tarixdən start verilir. Artıq bu gündən layihələrin layihələrin qəbulu başlanır.
Xeberler.az bildirir ki, MilliNet2026 müsabiqəsi 10 Nominasiya üzrə keçiriləcək. Nominasiyalar aşağıdakı kimi təyin edilib:
İddiaçılar www.millinet.az saytında qeydiyyatdan keçərək öz layihələrini (saytlarını, mobil tətbiqlərini, sosial media resurslarını və s.) qeyd olunan nominasiyalar üzrə təqdim edə bilərlər.
Qeyd edək ki, MilliNet saytında əvvəlki illər qeydiyyatdan keçənlər yeni hesab yaratmadan sistemə daxil olub layihələrini təqdim edə bilərlər.
Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı 25 noyabr tarixdə başa çatacaq. Qiymətləndirmə prosesi 15 dekabradək davam eddəcək. Bu il də müsabiqəyə təqdim edilən layihələr faydalılığı, əhəmiyyəti və əhatə dairəsi nəzərə alınmaqla, xüsusi meyarlar əsasında qiymətləndiriləcək.
9 Nominasiya üzrə Layihələrin qiymətləndirilməsi münsiflər tərəfindən 2 mərhələdə həyata keçiriləcək.
Xüsusi nominasiyanın qiymətləndirilməsi MilliNet TK tərəfindən sahə üzrə ekspertlərin rəyləri nəzərə alınmaqla müəyyən olunacaq.
Yekun Təqdimat mərasimini dekabr ayının 20-dək keçirilməsi nəzərdə tutulur.
Müsabiqənin qaliblərinə ənənəvi Milli İnternet Mükafatı – hörümçək toru əks olunan buta, diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq.
Milli İnternet Mükafatına Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi dəstək verir.
Əsas tərəfdaşlar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, AzTU və 4SİM Azərbaycan qurumudur.
MilliNet-in Baş sponsoru CityNet şirkətidir.
Gold sponsorlar AzİnTelecom, ABB İnnovation və Caspel şirkətləridir.
Sponsorlar SABAH.HUB, B&B SECURITY, Alas Academy , ULTRA Technologies, Hellojob.az, Prometech və Mediatrends şirkətidir.
MilliNet-in media tərəfdaşları Technote Media, TechZone.az və Xəbərlər.az texnoloji xəbər portallarıdır.
Geniş məlumat: www.millinet.az
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları