Azərbaycanda dövlət qurumlarında süni intellektdən istifadə qaydaları və tətbiqi istiqamətində tələblərin formalaşdırılması üzrə işlərə start verilib.
Xeberler.az məlumat verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin İdarə rəisi Nadir Novruzov "ADEX 2026 – VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi" çərçivəsində panel müzakirədə bildirib.
Onun sözlərinə görə, süni intellektin yarada biləcəyi risklərin müəyyən edilməsi istiqamətində səlahiyyətlər Xidmətə verilib: "Bu mövzunu əhatə etmək üçün ənənəvi olaraq Azərbaycanda dövlət qurumlarının informasiya təhlükəsizliyi və İT rəhbərlərinin zirvə toplantısı keçirilir".
N. Novruzov diqqətə çatdırıb ki, bu il oktyabrın 20-də IX belə toplantı baş tutacaq və əsas mövzusu süni intellektin təhlükəsizliyi olacaq: "Dəvət olunmuş mütəxəssislər tərəfindən təhlükəsizliklə bağlı müəyyən istiqamətlər veriləcək. Toplantıda panel sessiyalarımız keçiriləcək və müvafiq istiqamətlərdə müzakirələr aparılacaq. Yaxın vaxtlarda dövlət qurumlarına iştirakla bağlı rəsmi məktublar ünvanlanacaq və qurum nümayəndələri həmin tədbirə dəvət ediləcəklər".
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları