Dövlət Xidməti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyi “Aztelekom”un operator və provayderlərə təqdim etdiyi trafikin lokallaşdırılması xidməti üzrə yeni tariflərinin tətbiqinə bir sıra şərtlərlə razılıq verib.
Xeberler.az bildirir ki, Bbu barədə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz sosial şəbəkə hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, AZCON tərkibində olan və dövlətə məxsus təbii inhisarçı “Aztelekom” bir neçə istiqamətdə fəaliyyət göstərir: şirkət həm magistral operator, həm daxili telekommunikasiya şəbəkəsinin sahibi, həm də pərakəndə internet provayderidir. Digər provayderlər xidmət göstərmək və kontenti istifadəçilərə çatdırmaq üçün müxtəlif operatorların, o cümlədən “Aztelekom”un şəbəkələrindən istifadə edirlər.
Qeyd olunur ki, YouTube və Facebook kimi qlobal platformaların bəzi kontentləri ölkə daxilində yerləşən keş serverlərdə saxlanılır və istifadəçilərə həmin serverlərdən çatdırılır. “Aztelekom” məhz bu trafikin lokallaşdırılması xidməti üzrə yeni tariflər tətbiq etmək üçün Antiinhisara müraciət edib. Agentlik araşdırmanın nəticəsində yeni tariflərin tətbiqinə razılıq verib.
Razılıq bir neçə şərtlə verilib. Agentlik tələb edib ki, “Aztelekom” inhisarçı olduğuna görə xidməti eyni vəziyyətdə olan operator və provayderlərə bərabər şərtlərlə təqdim etsin və ayrı-seçkiliyə yol verməsin. Şəbəkədən istifadə edən provayderlərin digər operatorların, o cümlədən DeltaTelecom və AzerTelecom-un bağlantı nöqtələrindən, kontentin çatdırılması şəbəkələrindən və digər şirkətlərin xidmətlərindən istifadə imkanları məhdudlaşdırılmamalıdır. Bundan əlavə, xidmətin tarifləri, qoşulma və müraciətdən imtina şərtləri, standart müqavilə və şikayət proseduru “Aztelekom”un saytında açıq dərc edilməlidir.
Osman Gündüz şərtləri məntiqli və bazarda rəqabətin qorunması baxımından vacib hesab edir. O qeyd edir ki, tariflərin artırılması dolayı yolla adi istifadəçilərə də təsir göstərə bilər, çünki provayderlərin xərcləri artarsa, bu, sonradan istifadəçilərə təklif olunan qiymətlərdə əks oluna bilər.
Mütəxəssis həmçinin vurğulayır ki, açıqlamada yeni tariflərin məbləği, onların konkret hansı xidmətə və trafikə tətbiq olunacağı, ödənişin kimdən alınacağı göstərilmir.
Xatırladaq ki, bundan əvvəl Antiinhisar “Aztelekom”un 25 manatlıq minimal tarifi qaldırmaqla bağlı müraciətini rədd etmişdi.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları