VÖEN-ni bağlamaq üçün hara müraciət etmək lazımdır?

22-08-2015 / 12:05

Vergilər Nazirliyinin rəsmi internet səhifəsində yaradılan "Sual-cavab" bölmәsi vasitәsilә vətəndaşların vergi sistemi ilә bağlı ən çox ünvanladığı suallar açıqlanıb.

Xeberler.az-ın məlumatına görə, Nazirliyə ən çox verilən suallardan biri “VÖEN-ni bağlamaq üçün hara müraciət etmək lazımdır?” olub. 

Nazirlik rəsmi internet səhifəsi vasitəsilə vətəndaşları daha çox maraqlandıran sualı belə cavablandırıb: 

“Fiziki Şəxs kimi uçotda olduğunuz qənaətinə gələrək bildiririk ki, vergi uçotundan çıxmaq istədiyiniz halda “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” ilə uçotda olduğunuz vergi orqanına şəxsən və ya səlahiyyətli nümayəndəniz vasitəsilə müraciət edilməlidir.

Vergi uçotundan çıxarılanadək vergi orqanına vergi ödəyicisinin uçota alınması barədə vergi şəhadətnaməsi vergi orqanından təhvil götürüldüyü halda onun əsli, təqdim edilməmiş bəyannamələr(hesabatlar) təqdim edilməli, dövlət büdcəsinə vergi borcu olduğu halda borcun ödənilməsi təmin edilməlidir. Fiziki şəxsin sahibkarlıq fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciət daxil olduqda həmin fiziki şəxsdə növbədən kənar səyyar vergi yoxlaması da keçirilə bilər. Qeyd edilən hallar aradan qaldırıldıqdan sonar vergi orqanı tərəfindən fiziki şəxs vergi uçotundan çıxarılaraq ona “Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında Bildiriş” göndərilir.Fiziki şəxs vergi uçotundan çıxarıldıqda ona verilmiş VÖEN vergi ödəyicilərinin uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilir”.

Nazirliyə VÖEN-lə bağlı ünvanlanan suallardan biri isə belə olub: 

“Vergi idarəsinə getmədən VÖEN-i necə bağlamaq olar?”

Nazirlikdən bildirilib ki, vergi ödəyicisinin gücləndirilmiş elektron imzası (o cümlədən Asan imzası) və ya istifadəçi kodu, parol və şifrəsi olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən ( https://www.e-taxes.gov.az ) hüquqi şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.


Bu barədə ətraflı məlumatı “Hüquqi şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament (http://vn.taxes.gov.az/reqlament/7.24.pdf ) vasitəsilə əldə edə bilərsiniz.

 

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə