Previous Next
Bağla

E-xidmətlər üzrə inzibati reqlamentlər təsdiqlənib

18-08-2015 22:50
E-xidmətlər üzrə inzibati reqlamentlər təsdiqlənib

Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlər təsdiq edilib. 

Nazirliyin Analitik-informasiya şöbəsindən Xəbərlər-ə verilən məlumata görə, Nazirliyin Kollegiyası tərəfindən “Çağrı Mərkəzi vasitəsilə Sadələşdirilmiş verginin bəyannaməsinin təqdim edilməsi” və “Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə ərizələrin qəbulu” elektron xidmətlərinin inzibati reqlamentləri təsdiqlənib. 

“Çağrı Mərkəzi vasitəsilə Sadələşdirilmiş verginin bəyannaməsinin təqdim edilməsi” elektron xidməti elektron imzası olan vergi ödəyicisinin Vergilər Nazirliyinin Çağrı Mərkəzinə müraciəti üzrə Mərkəzin təmsilçisi tərəfindən onun təqdim etdiyi məlumatlar əsasında müvafiq rüblük bəyannamənin hazırlanması və elektron qaydada göndərilməsini əhatə edir. Elektron xidmət Vergilər Nazirliyi tərəfindən qismən avtomatlaşdırılmış formada həyata keçirilir. Xidmətin icra müddəti icraçının tələb olunan məlumatları daxil etməsindən, istifadəçinin gücləndirilmiş elektron imza vasitəsilə əməliyyatları təsdiqləməsindən və əməliyyatların informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır. 

“Sadələşdirilmiş verginin bəyannaməsi” vergi orqanı tərəfindən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsilə elektron formada tərtib edilərək gücləndirilmiş elektron imza vasitəsilə təsdiqləməsi üçün vergi ödəyicisinə göndərilir. 

Məlumatların doğruluğu təsdiqləndikdən sonra bəyannamə vergi orqanına yönəldilir və bu barədə vergi ödəyicisinin mobil telefonuna mesaj daxil olur. “Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə ərizələrin qəbulu” elektron xidməti Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlir və ya mənfəət vergisinin hesabatını vermək öhdəliyi olan vergi ödəyiciləri tərəfindən müvafiq ərizənin vergi orqanına təqdim olunmasını əhatə edir. 

Bu elektron xidmət Vergilər Nazirliyi tərəfindən tam avtomatlaşdırılmış formada həyata keçirilir və icra müddəti “İnzibati icraat haqqında” Qanunla tənzimlənir. Xidmətin icrası zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş ərizə cavablandırılır və bu barədə onun elektron ünvanına məlumat göndərilir. 

Elektron xidmətlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) və gücləndirilmiş elektron imza əldə etmiş şəxslər yararlana bilər. Elektron xidmətlərdən istifadə ödənişsizdir.

 

Xeberler.az

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Portala vergi ilə bağlı 7 yeni e-xidmət inteqrasiya edildi

Portala vergi ilə bağlı 7 yeni e-xidmət inteqrasiya edildi

07-04-2017
Nazirliyə elektron müraciətlərin sayı artıb

Nazirliyə elektron müraciətlərin sayı artıb

07-02-2015
Çağrı Mərkəzindən 17 mindən çox müraciət cavablandırılıb

Çağrı Mərkəzindən 17 mindən çox müraciət cavablandırılıb

11-03-2015
Elektron xidmət növlərinin siyahısı artırıldı

Elektron xidmət növlərinin siyahısı artırıldı

19-04-2015
Dövlət Vergi Xidməti kod-paroldan istifadəni məhdudlaşdıracaq

Dövlət Vergi Xidməti kod-paroldan istifadəni məhdudlaşdıracaq

29-03-2023
Bəzi vergi ödəyiciləri elektron kabinetə kod-parolla daxil ola biləcək

Bəzi vergi ödəyiciləri elektron kabinetə kod-parolla daxil ola biləcək

27-12-2024
Naxçıvanda “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişiklik edilib

Naxçıvanda “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişiklik edilib

09-05-2015
“Elektron hökumət” portalında 5 yeni elektron xidmət istifadəyə verilib

“Elektron hökumət” portalında 5 yeni elektron xidmət istifadəyə verilib

09-01-2015
Nazirliyin daha bir xidməti elektronlaşdırıldı

Nazirliyin daha bir xidməti elektronlaşdırıldı

07-09-2015
Bəzi vergi ödəyiciləri elektron kabinetə kod-parolla daxil ola biləcək

Bəzi vergi ödəyiciləri elektron kabinetə kod-parolla daxil ola biləcək

16-12-2024
Vergi ödəyicilərinə 270 mindən çox ASAN imza verilib

Vergi ödəyicilərinə 270 mindən çox ASAN imza verilib

26-04-2017
Vergi ödəyiciləri üçün elektron xidmətlər  təkmilləşdirilir

Vergi ödəyiciləri üçün elektron xidmətlər təkmilləşdirilir

25-09-2015
İnternet ticarətdə vergi nəzarətini gücləndirir

İnternet ticarətdə vergi nəzarətini gücləndirir

29-12-2010
Mobil imza vergi xidmətlərindən istifadəni asanlaşdırır

Mobil imza vergi xidmətlərindən istifadəni asanlaşdırır

02-11-2015
Nazirlikdən elektron qaimə-faktura ilə bağlı xəbərdarlıq

Nazirlikdən elektron qaimə-faktura ilə bağlı xəbərdarlıq

11-12-2017
Azərbaycanda elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılacaq

Azərbaycanda elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılacaq

03-09-2009
Azərbaycanda vergi ödəyiciləri fəaliyyətini İnternetlə dayandıracaqlar

Azərbaycanda vergi ödəyiciləri fəaliyyətini İnternetlə dayandıracaqlar

07-01-2011
Bu il vergi ödəyicilərinə 463 minə yaxın “ASAN İmza” sertifikatı verilib

Bu il vergi ödəyicilərinə 463 minə yaxın “ASAN İmza” sertifikatı verilib

09-10-2024
Ötən il verilən “ASAN İmza” sertifikatlarının sayı 601 mini ötüb

Ötən il verilən “ASAN İmza” sertifikatlarının sayı 601 mini ötüb

10-01-2025
Vergi sahəsində aparılan islahatlarla bağlı görüş keçirilib

Vergi sahəsində aparılan islahatlarla bağlı görüş keçirilib

05-09-2016
Vergi ödəyicilərinə 226 mindən çox “ASAN İmza” sertifikatı verilib

Vergi ödəyicilərinə 226 mindən çox “ASAN İmza” sertifikatı verilib

17-07-2025
Şəxsi elektron kabinetlərdən istifadə yalnız gücləndirilmiş elektron imza vasitəsilə olacaq

Şəxsi elektron kabinetlərdən istifadə yalnız gücləndirilmiş elektron imza vasitəsilə olacaq

25-05-2023
Cari ildə 320 minə yaxın “ASAN İmza” sertifikatı verilib

Cari ildə 320 minə yaxın “ASAN İmza” sertifikatı verilib

09-09-2025
Elektron qaiməni necə ləğv etməli?

Elektron qaiməni necə ləğv etməli?

14-09-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə