Previous Next
Bağla

Nazirlikdən elektron qaimə-faktura ilə bağlı xəbərdarlıq

11-12-2017 17:11
Nazirlikdən elektron qaimə-faktura ilə bağlı xəbərdarlıq

2018-ci ilin 1 yanvar tarixindən etibarən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir.

Bu barədə Xeberler.az-a Vergilər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Vergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifələrinə aid edilib.

Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.03.2017-ci il tarixli 89 nömrəli Qərarı ilə müəyyən edilir.

Elektron qaimə-faktura “Onlayn rejimdə” Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) vasitəsi ilə elektron qaydada tərtib edilərək və ya “Lazımi proqramlar”dan istifadə edilməklə “Oflayn rejimdə” tərtib edildikdən və elektron imza (o cümlədən “Asan imza”) vasitəsi ilə imzalandıqdan sonra malların, işlərin və xidmətlərin alıcısına göndərilir. 

Nazirlik bildirir ki, sahibkarlıq fəaliyyəti məqsədləri üçün mal (iş, xidmət) alınarkən həmin  malların (işlərin, xidmətlərin) alınmasını təsdiq edən elektron qaimə-faktura satıcıdan tələb edilərək alınmalıdır.

Vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturadan ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Günel

  

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron qaimə-faktura nə zaman təqdim edilməlidir?

11-08-2023

Azərbaycanda kağız qaimə-faktura qadağan edilib

02-01-2018

Nazirlik sahibkarlara yenidən xəbərdarlıq edib

25-12-2017

Bank tərəfindən çek kitabçalarının satışı üzrə alıcılara elektron qaimə-faktura verilməlidirmi?

07-01-2019

Vergilər Nazirliyi: Elektron qaimə-fakturaların tətbiqi qüvvədədir

15-02-2019

Elektron qaimə-faktura verəcək şəxslər məlum oldu

28-01-2019

Elektron qaiməni necə ləğv etməli?

14-09-2017

E-qaimə fakturaların sayı 2 milyonu ötüb

23-05-2018

Dövlət Vergi Xidməti kod-paroldan istifadəni məhdudlaşdıracaq

29-03-2023

Elektron qaimə əldə etmək daha da asanlaşdı

11-04-2017

Elektron qaimə-fakturaları necə hazırlayaq? –Təlimat

01-04-2017

Vergilər Nazirliyində istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib

18-01-2019

Naxçıvanda elektron qaimə-fakturalar üzrə dövriyyə 2 dəfədən çox artıb

13-04-2023

Şəxsi elektron kabinetlərdən istifadə yalnız gücləndirilmiş elektron imza vasitəsilə olacaq

25-05-2023

Qaimə-fakturalar elektronlaşdırılır

30-09-2016

Nağdsız hesablaşmalarla bağlı qanun necə həyata keçiriləcək?-Müsahibə

15-03-2017

Turizm şirkətlərinin elektron qaimə ilə bağlı problemi həll edilib

27-03-2019

ADY ilk dəfə elektron imza ilə rəsmiləşdirilmiş qaimə əsasında yük göndərib

07-01-2025

E-taxes.gov.az portalına SİMA Token ilə daxil olmaq mümkün olacaq

10-09-2023

DVX rəisi IOTA-nın 5-ci İllik Beynəlxalq Konfransında iştirak edib

18-10-2024

Vergi ödəyicilərinə 270 mindən çox ASAN imza verilib

26-04-2017

Nazirlikdə Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı toplantı keçirilib

01-02-2017

Vergi ödəyiciləri üçün elektron xidmətlər təkmilləşdirilir

25-09-2015

Elektron ticarət qaydasında alınan mallara görə vergi tutulurmu?

21-06-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə