Xəbər verdiyimiz kimi, informatika müəllimləri arasında “Ən yaxşı videotədris resursu – 2015” elan olunmuşdu. Müsabiqəyə işlərin qəbulu sentyabrın 30-a kimi davam edib.
Xeberler.az-ın məlumatına görə, artıq müsabiqənin nəticələri müəyyən olunub.
Qeyd edək ki, müsabiqəyə təqdim olunan işlər informatika dərsliklərinin mövzularına uyğun olmalı idi.
Müsabiqəyə müəllimlər tərəfindən təqdim olunan işlərdən 23 iş (11 müəllimin işi) seçilib. Ekspertlər tərəfindən aparılan qiymətləndirmədən sonra yerlər belə bölünüb:
I yer
Lətafət Nəsibova, Bakı ş. 227 saylı məktəb
II yer
Leyla İbrahimxəlilova, Mingəçevir ş. 8 saylı məktəb
Şəhanə Bədalova, Ağcabədi rayon Salmanbəyli kənd tam orta məktəb
III yer
Leyla Mustafayeva, Bakı ş. 328 saylı məktəb
Ramil Cəfərov, Şarur rayon Tənənəm kənd tam orta məktəbi
Xanım Əliyeva, 264 saylı məktəb-lisey
IV yer (həvəsləndirici)
Qiyafət Fərruxova, Bakı ş 204 saylı orta məktəb
Sərxan Qurbanov, Bakı ş. 81 saylı məktəb
Almaz Qurbanova, Bakı ş. 247 saylı məktəb
Aynur İbrahimova, İmişli ş. 5 saylı lisey
Kifayət Orucova, Bakı ş. 39 saylı məktəb
Onu da qeyd edək ki, “Ən yaxşı videotədris resursu – 2015” müsabiqəsinə təqdim olunan işlərlə youtube.com saytında tanış ola bilərsiniz.
Qeyd edək ki, finala çıxan işlərin əksəriyyəti Python və Pascal proqramlaşdırma dillərinə aiddir.
Mirvari Nəcəf
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri